Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bank VTB (Azərbaycan) müştərilərinə yuanla xidmətlər təklif edir

Bank VTB (Azərbaycan) müştərilərinə çin valyutası - yuanla hesablaşma-kassa xidmətləri təklif edir. Bankın müştəriləri həm çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilər. Hesabın açılşması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur.

 Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların çin valyutasına mübadiləsini həyata keçirir.  

 Digər bankdakı, eləcə də VTB qrup daxilindəki hesaba köçürməyə görə komissiya köçürülən məbləğin 0,5%-ni (minimum 100 – maksimum 500 yuan) təşkil edir. Təcili köçürmə üzə komissiya məbləği 200 yuan təşkil edir. Qeyd edək ki, VTB (Azərbaycan) Çində də banka sahib olan Rusiyanın aparıcı maliyyə qrupuna daxildir. Bu isə pul köçürmələrini qısa müddət ərzində və sərfəli şərtlərlə həyata keçirməyə imkan verir.

 “Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün VTB (Azərbaycan) ölkədə çin yuanında xidmət təklif edən yeganə bankdır”- deyə bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

 Bank VTB (Azərbaycan)-da çin yuanından başqa rubl,dollar, avro və funt sterlinqdə hesablaşma-kassa xidmətləri təklif edir. 

get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона