Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

M.E.Osyevskinin "Region Plus" jurnalına müsahibəsi

KORPORATİV BİZNES VURĞUSU

"VTB" İdarə Heyətinin sədr müavini Mixail OSEYEVSKİ: "VTB Azərbaycan" - Rusiya ticarət dövriyyəsinin artmasına dəstək verən layihələri daha həvəslə kreditləşdirmək niyyətindədir



    Müəllif: Nurlana QULİYEVA Bakı
15.11.2016

Rusiyanın bank nəhəngi "VTB Azərbaycan" bazarına gələn gündən obyektiv olaraq, Azərbaycan iqtisadiyyatında öz yerini yalnız bir maliyyə institutu kimi deyil, həm də iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafında özünəməxsus platforma kimi görür. Bu, tamamilə təbiidir ki, hökumətin iqtisadiyyatın qeyri-xammal seqmentini daha fəal inkişaf etdirmək təşəbbüsləri fonunda "VTB Azərbaycan", ilk növbədə, real biznesi dəstəkləməyi planlaşdırır. Belə ki, bank Azərbaycanın Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə biznesin kreditləşdirilməsi üçün limit ayrılması barədə müqavilə bağlamaq niyyətindədir.

Digər tərəfdən, sahibkarlar üçün "VTB Azərbaycan" ilə əməkaşlıq yetərincə əlverişli qərardır, çünki o, beynəlxalq maliyyə qrupu "VTB"yə daxildir. Bu isə o deməkdir ki, Azərbaycandakı «törəmə» qurumun müştərisi üçün də MDB ölkələrindəki, Gürcüstan, Kipr, Avstriya, Fransa, Almaniya, Çin və Hindistandakı kimi geniş xidmət şəbəkəsindən istifadə imkanı yaradılacaq. Bütünlükdə beynəlxalq "VTB" şəbəkəsinə dünyanın 20 ölkəsində yerləşən 30-dan çox bank və maliyyə şirkəti daxildir və bankın azərbaycanlı müştərisi də qrupun müxtəlif maliyyə sahələrində uğurla gerçəkləşdirdiyi məhsul və xidmətlərə çıxış imkanı qazanır.

"VTB Azərbaycan" İdarə Heyətinin sədr müavini, Müşahidə Şurasının sədri Mixail OSEYEVSKİ "Region Plus"a müsahibəsində "VTB" ilə əməkdaşlığın bu və ya başqa üstünlükləri, həmçinin bankın yerli bazarda yeni hədəfləri barədə danışıb.

- "VTB Azərbaycan" başçısı dəfələrlə bildirib ki, bank Rusiya və Azərbaycan biznesmenlərinin əsas tərəfdaşına çevrilmək niyyətindədir. Amma göründüyü kimi, hər iki ölkənin iqtisadiyyatı elə də sadə vəziyyətdə deyil və ikitərəfli ticarət dövriyyəsində müəyyən azalma müşahidə edilir. Belə bir şəraitdə "VTB Azərbaycan" rəhbərliyi qarşısında hansı əsas məsələlər dayanır?

- Bu gün "VTB Azərbaycan" qarşısında dayanan əsas məsələ Azərbaycan biznesi ilə onun xarici iqtisadi fəaliyyətinin müşayiət edilməsi, həmçinin risksiz bank məhsullarının geniş çeşidinin təqdim edilməsi üzrə tərəfdaşlıq münasibətlərinin qurulmasıdır.

Qeyd edim ki, son illərdə bank pərakəndə bölmədə uğurla inkişaf edib, müştərilərin istehlak ehtiyacının fəal kreditoru kimi irəli çıxıb. Biz bu istiqamətdə işləməkdə davam edirik və hətta Azərbaycan İpoteka Fondunun vəsaitlərindən əhaliyə ipoteka kreditləri verilməsinə də qoşulmaq istəyirik.

Ancaq biz «ATA Holding»dən olan tərəfdaşlarmızla, daha çox hüquqi şəxlərə diqqət ayırmağı qərara almışıq. İlk növbədə, bu, layihələrini bütünlüklə öz vəsaitləri hesabına, yaxud yerli kapitalın iştirakı ilə gerçəkləşdirən orta sahibkarlıqdır. Biz həm də Azərbaycanın iri dövlət şirkətləri ilə əməkdaşlıq edirik, amma bu zaman şirkətlərdə əsas vurğunu kiçik və orta biznes seqmentinə yönəldirik.

SKMF ilə anlaşmadan sonra gələn il bizdə uzun müddətli manat vəsaitləri də mümkün olacaq və böyük müştəri bazasına malik bir bank kimi biz onlardan yetərincə sürətlə istifadə edə biləcəyik. Bundan başqa, bizim işin vacib istiqamətlərindən biri də Azərbaycan şirkətlərini Rusiya rublunda kreditləşdirmək olaraq qalır. Bu şirkətlər Rusiyada işləyirlər, Rusiya iqtisadiyyatına bağlıdırlar və hazırda kreditlər üçzrə rubl qoyulaşları manatla nisbətdə hətta cəlbedici də görünür.

- Azərbaycan - Rusiya qarşılıqlı münasibətləri çərçivəsində "VTB" iqtisadiyyatın hansı sahələrini kreditləşdirmə üçün daha cəlbedici sayır?

- Azərbaycanda istehsalı mümkün olan keyfiyyətli hər şeyə tələb olacaq: ərzaq məhsulları, kənd təsərrüfatı malları, tikinti materialları, geyim, ayaqqabı. Amma əsas sahə, əlbəttə ki, kənd təsərrüfatıdır. Neftin indiki qiymətləri şəraitində həm Rusiyada, həm də Azərbaycanda idxalın əvəz olunması üzrə proqramlar çox aktualdır; məsələn, biz görmüşük ki, neftin qiymətinin düşdüyü son iki ildə Rusiyada kənd təsərrüfatına sərmayələr çox populyarlaşıb. Hətta kənd təsərrüfatı sahəsində ixtisaslaşmamış "VTB" də öz potfelini iki dəfə artırıb.

Bu gün aqrar sektorda yüksək rentabellik müşahidə edilir. Deyə bilərəm ki, iki il ərzində Rusiya taxılının satışından gələn gəlirlər silah satışının gəlirlərindən daha çox olub. Taxıl satışından biz $16-17 mlrd qazanırıq, Rusiya dünyanın ən iri ixracatçılarından birinə çevrilib.

Təbii ki, bu seqment Azərbaycanda da yaxşı inkişf etdirilə bilər və etdirilməlidir. Azərbaycanın bir sıra obyektiv üstünlükləri var və onları aqrar sahənin inkişafında gerçəkləşdirmək olar.

Bizdən ötrü ikinci maraqlı istiqamət nəqliyyat - loqistika sahəsidir. Bu seqment malların şərqdən qərbə və əksinə hərəkəti ilə bağlıdır və burada lazımi infrastrukturun, dəmir yolları, limanlar, avtomobil yolları sisteminin yaradılması üçün önəmli sərmayələr tələb edilir.

Bundan başqa, uğurlu inkişaf üçün Rusiya Federasiyası və İranla sərhəddə çağdaş anbar komplekslərinin tikintisi vacibdir, buna görə, bu sahə biznes baxımından bizə maraqlı və cəlbedici görünür.

Bir sözlə, "VTB" bizim ölkələr arasında ticarət dövriyyəsinin fəal artımı üçün bütün səylərini yönəltməyə hazırdır.

- Bütövlükdə, siz Azərbaycandakı biznes mühiti necə qiymətləndirirsiniz, ilk növbədə, hansı problemləri həll etmək lazımdır?

- Həm Rusiyada, həm də Azərbaycanda "VTB" biznesin kreditləşdirilməsi zamanı oxşar problemlərlə üz-üzə qalır - bu, şəffaflıq və açıqlığın yetərincə olmamasıdır. Dövlət iqtisadiyyatın «ağ» müstəvi üzərinə keçirilməsi məsələsini həll etməlidir, çünki bizim də qərar verməyimiz üçün obyektiv məlumatlar lazımdır. «Kölgədən çıxmaq» biznesin özünə də vacibdir, çünki bank müştərinin kredit qabiliyyətinin qiymətləndirilməsi zamanı əsas kimi onun rəsmi təsdiq edilmiş gəlirlərini götürür.

Məqam gələcək və biznesmen anlayacaq ki, «ağ» olmaq, şəffaflıq çox əlverişlidir. Bu, sənəd biznesinin də inkişafına gətirəcək. Bu, artıq kommersiya dərəcələri ilə kreditlər deyil, zəmanətlər, akkreditivlər, faktorinqlər və s. olacaq. Şirkətlər öz faiz xərclərini, o cümlədən «ağlaşma» hesabına azalda bilirlər.

- Manatın devalvasiyası və bununla bağlı iqtisadiyyatın dollarlaşmasının güclənməsi fonunda Azərbaycanın bank sektoru çətin günlər yaşayır. "VTB Azərbaycan" bununla bağlı bazarın dayanıqlılığının qorunması üçün hansı tədbirlər görür?

- Bizim menecment bü gün manatın devalvasiyası ilə bağlı yaranmış problemlərin lokallaşdırılması ilə fəal məşğul olur: bura problemli kreditlərin qaytarılması, onların yenidən struktulaşdırılması məsələləri də daxildir. Bu, ağır və xoşagəlməyən işdir, amma bununla belə, biz maliyyə nəticələrmizi yaxşılaşdırmaq üçün onu çox vacib və lazımlı iş sayırıq.

İkinci məsələ yeni müştərilərin cəlbi, bankın yeni strategiyasının gerçəkləşdirilməsidir. Biz burda elə də pis olmayan nəticələr görürük və 2018-ci ildə gəlirli fəaliyyətə çıxmaq istəyirik. Bu, iqtisadi proqramların necə gerçəkləşdirilməsindən asılı olacaq. Qeyd edək ki, hazırda "VTB Azərbaycan" bankının məcmu potensialı requlyatorun prusendial tələblərinə uyğun gəlir və 50 mln manatı ötür.

Bu ilin yayında Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşma əsasında "VTB Azərbaycan" bankının nizamnamə kapitalına 110 milyondan artıq əlavə köçürmə edilib. Bu, xüsusi struktur depoziti formasında gerçəkləşdirilib. Palata ilə anlaşma üzrə 2017-ci ilin sonuna kimi əlavə səhm emissiyası da gerçəkləşdirmək planlaşdırılır.

İqtisadiyyatın yüksək dollarlaşma səviyyəsinə gəldikdə isə bu, hazırda yalnız Azərbaycanın deyil, həm də postvoset məkanının əksər ölkələrinin problemidir. Rusiya da analoji problemlə üzləşib. Əlbəttə, manatın əsas ödəniş vasitəsinə çevrilməsi bir qədər zaman istəyir.

Biz bu istiqamətdə məhz hansı tədbirləri görməyin mümkünlüyünü anlamaq üçün Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti barədə açıqlamalarını, hökumətin yol xəritəsini gözləyirik. Azərbaycanın bank sektoru üzrə həmkarlarımızın əksəriyyəti kimi bizim də kredit portfelimiz əsasən dollarla paylanıb. Biz böyük həvəslə onu milli valyutaya keçirə bilərdik, amma bu gün bank sektoru manat qıtlığı yaşayır. Buna görə də biz öz müştərilərimizi kreditləşdirmək üçün hansısa alternativlər axtarırıq.

Variantlardan biri rublla kreditləşdirmə ola bilər. Biz biznesi Rusiya ilə əlaqəli hər kəsə bu imkandan yararlanmağı təklif edirik. Bu yanaşma bu gün başqa MDB ölkələrində fəal şəkildə tətbiq edilir. Hazırda bizim təklif edə bildiyimiz kreditlərin dərəcəsi 13-15% səviyyəsində dəyişir. Rusiyada inflyasiya templəri azaldıqca bu dərəcələr də aşağı salınacaq. Bu yanaşma valyuta riskindən qaçmaq imkanı verir, çünki belə şirkətlərin həm gəlirləri, həm də öhdəlikləri həmişə rublla olur. Bundan başqa, hazırda biz Azərbaycanda faktorinq, yəni vasitəçilik xidməti də işə salırıq.

Bankın qarşısında duran daha bir məsələ isə sərmayə kreditləşdirməsidir və bu da müvafiq vəsaitlər tələb edir. Bu məsələdə biz ümid edirik ki, hökumət proqramları çərçivəsində inkişaf institutları yaranmalıdır və onlar ya qismən, ya da bütünlüklə bu cür fondlaşma təqdim edə bilərlər.

Bununla yanaşı, artıq Rusiya bazarında qəti möhkəmlənmiş şirkətlərə biz 5-7 illik müddətə sərmayə kreditləri verə bilərik.

Bir sözlə, mən əminəm ki, "VTB" bundan sonra da öz mövcudluğu ilə Azərbaycanın bank bazarının palitrasında uğurla layiq olduğu yerini tutacaq.


get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона