Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

VTB (Azərbaycan) və NIKOIL | Bank bankomat şəbəkəsi üzrə tərəfdaş oldular

Bank VTB (Azərbaycan) NIKOIL | Bankla bankomat şəbəkəsinin birgə istifadəsinə dair tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, VTB (Azərbaycan) kart sahibləri NIKOIL | Bankın bankomatlarından əlavə komissiyasız nağd vəsait çıxara bilər.

Bundan başqa, VTB (Azərbaycan) müştəriləri NIKOIL | Bankın bankomatlarının təklif etdiyi digər xidmətlərdən, o cümlədən “Cash by Code” xidmətindən istifadə edərək vəsaitin köçürülməsi, “Card to Card”, 3D Secure parolunun alınması, eləcə də kart üzrə əməliyyatlar barədə SMS-xəbərdarlıq xidmətlərindən istifadə edə bilər.

Beləliklə, bankın kart sahiblərinə əlavə komissiyasız nağd vəsaiti çıxarmağa imkan verən VTB (Azərbaycan)-ın güzəştli bankomat şəbəkəsi indi VTB, Poçta Bank (Rusiya), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan),  VTB (Belarus), eləcə də yerli AccessBank, PASHA Bank və NIKOIL | Bank ilə təmsil olunur.

NIKOIL | Bank ilə tərəfdaşlıq VTB (Azərbaycan) müştərilərinin xidmət şəbəkəsini genişləndirməyə imkan verəcək və müştərilərə bankomatlardan istifadə etmək üçün daha rahat şərait yaradacaq. 

Форма заказа звонка

Имя

Номер телефона