Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

Bank VTB (Azərbaycan) sahibkarlar üçün xidmət spektrini genişləndirir

Bank VTB (Azərbaycan) sahibkarlara valyuta mübadiləsi əməliyyatları üzrə sərfəli şərtlər təklif edir. İndi bankda dolları rubla birdəfəlik konvertasiya ilə dəyişmək mümkündür. Beləliklə, bankın korporativ müştəriləri dollarları rubla Moskva banklararası valyuta birjasının məzənnəsinə əsasən dəyişə bilər ki, bu da konvertasiya zamanı daha sərfəli məzənnə nəzərdə tutur.

Bundan başqa, biznesi Rusiya bazarı ilə əlaqədar olan sahibkarlar bir sıra rubl əməliyyatları üzrə sərfəli şərtlər qazanır. Müştərilərə hesablaşma-kassa xidmətləri, kredit və overdraft, sənədli əməliyyatlar, depozitlər, biznes kartları, əmək haqqı layihəsi və ekvayrinq kimi xidmətlər təklif olunur. Hesablaşma-kassa əməliyyatları həyata keçirərkən məbləğ üzrə məhdudiyyət yoxdur. Beləliklə, müştəri istənilən həcmdə pul köçürə və ya konvertasiya edə bilər.

Eləcə də bankda VTB qrupun banklarında (VTB (Gürcüstan), VTB (Ukrayna) VTB (Belarus), VTB(Qazaxıstan), VTB24, Poçta Bank (Rusiya)) hesaba köçürmə üzrə müştərilər üçün əlverişli tariflər mövcuddur. Belə ki, qrup daxilində hesaba köçürmələr üzrə komissiya köçürülən məbləğin cəmi 0,1%-ni təşkil edir. Bundan başqa, VTB qrupu daxilində aparıldığı üçün banklararası köçürmə əməliyyatı çox qısa müddət ərzində həyata keçirilir.

Sahibkarlar üçün nəzərdə tutulan rubl xidmətləri barədə ətraflı məlumatı bankdan əldə etmək mümkündür. 

Форма заказа звонка

Имя

Номер телефона