2018-ci ilin fevral ayında VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib. Toplantının nəticələrinə görə, bankın Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:
- Bortnikov Denis Aleksandroviç, Müşahidə şurasının sədri
- Tsaryev Sergey Vladimiroviç, Müşahidə şurasının sədrinin müavini
- Popov Dmitriy Sergeyeviç, Müşahidə şurasının üzvü
Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev isə VTB (PSC)-nin idarəedici direktorudur.
Leave your FIN code and mobile number and we will call back to you