Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

VTB Bank (Azərbaycan) MİDA ilə əməkdaşlıq sazişi imzalayıb

Bank VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq müqaviləsinin imzalanması nəticəsində mənzillərin güzəştli ipoteka kreditləri ilə verilməsinə başlayıb. Agentliyə aid daşınmaz əmlakı 10% ilkin ödənişlə, illik 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür.

Agentliyin komplekslərində mənzil almaq üçün Bank VTB (Azərbaycan)-dan güzəştli kreditlərin əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək və “şəxsi elektron kabinet yaratmaq lazımdır.

Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı ilə Agentliyin saytında tanış olmaq mümkündür.

VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq müqaviləsi imzalayan beşinci agent-bank oldu.

Məlumat üçün:
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılıb. MİDA-nın əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinin təşkili və güzəştli kateqoriyaya aid vətəndaşların mənzil əldə etmələrinə şərait yaratmaqdır.

get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона