Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

VTB (Azərbaycan) ipoteka kreditinin həcmini artırıb

 Bank VTB (Azərbaycan) ötən ilin nəticələri ilə müqayisədə 2018-ci ilin 11 ayı ərzində İpoteka və kredit-zəmanət fondu xətti ilə verdiyi ipoteka kreditinin həcmini 2 dəfə artırıb.

 Bank VTB (Azərbaycan) İpoteka və kredit-zəmanət fondu xətti ilə ipoteka kreditini 150 000 manatadək və 25 il müddətinə təklif edir. Kreditin faiz dərəcəsi 7%, ilkin ödənişi isə – 20% təşkil edir.  

 Əhalinin müəyyən kateqoriyası - dövlət və hərbi qulluqçular, gənc ailələr, elmlər namizədi və ya doktorluq elmi dərəcəsi   olanlar üçün dövlət ipoteka proqramının güzəştli ipoteka krediti nəzərdə tutulur. Güzəştli ipoteka üzrə faiz dərəcəsi   4%,maksimal məbləğ 100 000 manat təşkil edir. İlkin ödəniş isə 15%-dir.

 “Bankın aktiv şəkildə ipoteka kreditləşməsində cəmi 2 il müddətində iştirak etməsinə baxmayaraq, kifayət qədər   nailiyyətlər əldə etmiş və bazardakı mövqelərimizi möhkəmləndirə bilmişik. Kredit şərtlərinin yaxşılaşdırılması da buna   təsir etmişdir: standart ipoteka üzrə faiz dərəcəsi 7%, güzəştli ipoteka üzrə isə 4% təşkil edir. Mənzil İnşaatı Dövlət   Agentliyi (“MİDA” MMC) ilə əməkdaşlıq sayəsində bank həmçinin agentliyin mənzilləri üçün də ipoteka krediti vermək niyyətindədir. Beləliklə, bank mənzil əldə etmək istəyən şəxslər üçün tələb olunan  bütün şərtləri təqdim edir” – deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitriy Qalaşev bildirib.


get->call): ?>

Форма заказа звонка

Имя

Номер телефона