Меню

Close
Филиалы и АТМ
Частным лицам
Бизнес

VTB (Azərbaycan) internat məktəbinin şagirdlərini təbrik edib

 Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə 5 saylı xüsusi internat məktəbinin şagirdləri   üçün Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə xeyriyyə   konserti keçirilib. Tədbir
R. Behbudov adına mahnı teatrında təşkil olunub.

 Bayram tədbirində uşaqlar üçün məşhur artistlər, eləcə də internat-məktəbin   şagirdləri çıxış edib.

“Korporativ sosial məsuliyyət – VTB (Azərbaycan)-ın fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bank əhali üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Bura “Ümid Yeri” uşaq sığınacağına və uşaq idman dərnəyinə dəstək, veteranlara göstərilən qayğı, Rus mədəniyyəti mərkəzinin kompüter sinfi, eləcə də video avadanlıqla təchiz olunması kimi layihələr daxildir. Bugünkü tədbir gözəl ənənənin davamıdır, və uşaqların xoşbəxt üzlərini görmək bizim üçün çox xoşdur. Onlar bu konsertdən zövq aldılar” – deyə, bank VTB (Azərbaycan)-ın Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Nigar Kərimova bildirib.

Форма заказа звонка

Имя

Номер телефона