Услуга E-PIN

Меню

Close
Сеть услуг
Частным лицам
Бизнес

Услуга E-PIN

Kartın PIN-kodunu unutmusan?

 E-PIN xidməti vasitəsilə sənə rahat olan üsulla yeni PIN-kod təyin et:

  1. Kartına ilk PIN-kodu təyin etmək üçün https://reg.azericard.com/pin_vtb/ linkinə keç. Tələb olunan kart məlumatlarını (kartın nömrəsi, qüvvədə olma müddəti və CVV) daxil et və “PIN-kodu təyin etmək” əməliyyatını seç. Sonra mobil telefona rəqəm və simvollardan ibarət SMS gələcək (**121212**). Təyin ediləcək kodu (misal üçün 4545) müvafiq xanaya ulduz işarələrini əvəz etmək şərtilə bu şəkildə (4512121245) daxil et. “OK” düyməsini basaraq təsdiqlə. Təbrik edirik! Çalış yeni PIN-kodunu itirmə!
     
  2. Kartın PIN-kodunu unutmusansa, onu dəyişmək üçün ilk növbədə bankın 986 qısa nömrəsi ilə əlaqə saxlayıb sıfırlamaq gərəkdir. Daha sonra yeni PIN-kodu təyin etmək 1-ci bənddəki üsuldan və ya ATM-dən istifadə edə bilərsən. Bankomatlarımıza yaxınlaşaraq kartı daxil et, ekranın sol küncündən E-PIN xidmətini seç. Mobil telefonuna gələn birdəfəlik şifrəni daxil et, sonra kartın yeni PIN-kodunu yığ, bir daha daxil edib təsdiqlə.
     
  3. Unudulmuş PIN-kodu, həmçinin POS-terminal üzərindən də dəyişmək mümkündür. Bunun üçün bankın istənilən filialına yaxınlaş və kassada yeni PIN-kod yarat. PinSet funksiyasını dəstəkləməyən kart sahibləri PIN-kodu sıfırlamaq üçün 986 qısa nömrəsi ilə əlaqə saxlayıb məlumat təqdim etməlidirlər. PIN-kodun silinməsi üzrə komissiya bankın tariflərinə əsasən tutulur.

Форма заказа звонка

Имя

Номер телефона