VTB (Azərbaycan) plastik kart sahibləri üçün Pin Set xidmətini təklif edir

Меню

Close
Сеть услуг
Частным лицам
Бизнес

VTB (Azərbaycan) plastik kart sahibləri üçün Pin Set xidmətini təklif edir


  VTB (Azərbaycan) müştəriləri kartlarına PİN-kodu özləri təyin edə biləcək. Bank PİN-kodsuz kart buraxılışını nəzərdə tutan PİN Set xidmətini tətbiq edib. Kartı aldıqda müştəri şəxsi PİN-kodunu POS-termin l vasitəsilə təyin etməlidir.
  
“Hər dəfə ödəniş kartı dəyişildikdə yeni kart üçün yeni PİN-kod da verilir. PİN Set funksiyasının tətbiqi müştərilə i maksimal komfortla təmin edir: müştəri onun üçün yadda saxlamağa asan olan rəqəmləri seçir. O, əvvəlki kartının PİN-kodunu istifadə edə və ya bütün kartlara bir kod təyin edə bilər. Əminəm ki, indi müştərilər tərəfindən PİN-kodun unudulması və kartdan istifadə imkanının məhdudlaşması halları xeyli azalacaq”, - deyə bank VTB (Azərbaycan)-ın Pərakəndə biznes məhsullarının metodologiya və hazırlanması şöbəsinin rəisi Kamilə Əliyeva bildirib.

Bank müştəriyə seçim hüququ da verir: kart sahibi PİN Set xidmətindən yararlanmaq istəmirsə, ona PİN-kod olan zərf təqdim edilir. 

Форма заказа звонка

Имя

Номер телефона