VTB — Qalığa faiz

Qalığa faiz

Cari hesaba orta aylıq qalıq

Bank VTB (Azərbaycan) korporativ müştərilərə hesabdakı orta aylıq qalığa faizlərin hesablanmasını nəzərdə tutan məhsul təklif edir. Beləliklə, sizin pullarınız hesabda qalmaqla yanaşı, sizə əlavə gəlir əldə etməyə də imkan verir.

Hesabın növü Cari hesab
Hesabın valyutası AZN, RUB, USD
Cari hesabdakı minimal məbləğ 10 000 AZN (və ya RUB/USD ekvivalentində)
Faizlərin hesablanma dövrü 1 ay (minimal qalığın saxlanılma müddəti)
Faizlərin hesablanması Əlavə saziş imzalandığı gündən etibarən hər ay, 360/30 üsulu ilə
Əlavə saziş Bu məhsul üzrə müvafiq valyutada Bank Hesabı Müqaviləsinə bu hesabın orta aylıq qalıqları üzrə faizlərin hesablanması və ödənilməsi qaydası üzrə Əlavə Müqavilə tərtib edilir.

Eyni zamanda, Bank Hesabı Müqaviləsi üzrə hesab üzrə faizlərin hesablanması və ödənilməsi qaydası haqqında birdən çox əlavə razılaşma qüvvədə ola bilməz.
Əlavə müqavilənin müddəti 12 ay
Müqaviləyə vaxtından əvvəl xitam verildikdə faizlərin hesablanması qaydası Müqavilə bağlandığı tarixdən 30 gün ərzində xitam verildiyi halda, hesablanmış faizlər ödənilməyəcək.

Müqavilənin bağlandığı tarixdən 30 gün sonra və müddətinin bitməsinə qədər xitam verildikdə, hesablanmış faizlər xitam verildiyi tarixdən 3 iş günündən gec olmayaraq son tam hesablaşma dövrünün tarixinə qədər vəsaitin faktiki yerləşdirilməsi dövrü üçün ödənilir.

Natamam hesablaşma dövrü üçün (bir aydan az) faiz ödənilmir.

Əlavə Müqavilənin müddəti bitdikdən sonra hesab bağlanmır.
Avtomatik prolonqasiya Mümkün deyil
Orta Aylıq Qalıq, AZN

(və ya RUB, USD ekvivalentində)
Ay ərzində iş gününün əvvəlində gündəlik balans, AZN

(və ya RUB, USD ekvivalentində)
Faiz dərəcəsi
AZN RUB USD
10 000-dək 10 000-dək Hesablanmır
10 000-dən 100 000-dək (daxil) 10 000 1% 0.2% 0.07%
100 000-dən 250 000-dək (daxil) 25 000 1.2% 0.3% 0.08%
250 000-dən 500 000-dək (daxil) 50 000 1.3% 0.4% 0.09%
500 000-dən yuxarı 100 000 1.5% 0.5% 0.1%