VTB — WhatsApp Chat-bankdakı düymə menyusu
Baş sahifə   Onlayn bankçılıq   Rəqəmsal bank Direct   WhatsApp Chat-bankdakı düymə menyusu

WhatsApp Chat-bankdakı düymə menyusu

Direct-də yenilik: indi Direct Çat-Bank-da sadəcə bir toxunuşla istədiyiniz əməliyyatı həyata keçirə bilərsiniz! Yeni və orijinal menyu sadə menyunu əvəz edir və istədiyiniz əməliyyatları asanlıqla həyata keçirmək imkanını verir. WhatsApp-da düymələr görünməmişdən əvvəl əməliyyatı seçmək üçün tələb olunan rəqəm və ya Direct Çat Bank-dan cavab almaq üçün, müvafiq kod sözünü göndərməli idiniz. İndi isə əməliyyatı həyata keçirmək üçün sadəcə uyğun olan düyməni seçməyiniz kifayətdir: menyu artıq hazırdır və qarşınızdadır-Siz düyməni seçin, cavab isə avtomatik olaraq göndəriləcəkdir.

Çat-bank Direct-ə necə qoşumaq olar?

  • WhatsApp: linkə keçid edərək və ya Direct virtual köməkçinin + 994 70 214 09 86 nömrəsinə “Start” sözünü göndərin.
  • Facebook Messenger-də: Direct VTB səhifədinə keçin və “başlamaq” düyməsini seçin.
  • Müvafiq menyu bəndini seçin.
  • Lazım olan əməliyyatları həyata keçirin.

Eyni zamanda, virtual kartı Direct Çat-bankda aktivləşdirmək üçün keçid edin.

Kredit sifarişi etmək istədiyiniz halda isə buradan keçid edin.