Chat-bot vasitəsilə hansı əməliyyatları həyata keçirə bilərəm?
Çat-bot Sizin Facebook və WhatsApp messengerlərdə virtual köməkçinizdir!
Onun köməyi ilə Siz müxtəlif xidmətlərdən yararlana bilərsiniz:
- Kartlar üzrə:
- PULSUZ rəqəmsal Visa DIRECT kartını əldə edilməsi;
- kommunal xidmətlərin ödənişi;
- mobil operatorların balansının artırılması;
- ölkədaxili bütün kartlara PULSUZ köçürmələr;
- kartın balansının terminallar, ATM və Filiallar vasitəsilə artıraraq onlayn alış-veriş;
- istənilən an əldə olunan hesabdan çıxarışlar və kart üzrə rekvizitlər;
- bir toxunuşla QR-kod vasitəsilə karta pul köçürulməsi;
- kartın bloklaşdırılması;
- Kreditlər üzrə:
- kredit sifarişi və dəqiqələr içində qərarın verilməsi;
- kredit ödənişi;
- balansda olan qalığa, faiz dərəcəsinə, aylıq ödənişə nəzarət;
- Depozitlər üzrə:
- depozit hesabının artırılması;
- depozitin bir toxunuşla sifarişi;
- hesabda olan məbləğə, hesablanmış faizlərə, illik faiz dərəcəsinə, əmanətin yerləşdirilmə və bitmə tarixinə nəzarət.
-
Yalnız Çat-Bot istifadəçiləri üçün keçirilən Aksiyalarda iştirak etmək və qazanc əldə etmək imkanı.
Chat-bot-dan istifadə təhlükəsizdirmi?
Əlbətdə. Kart tamamilə təhlükəsizdir. Çünki kart hər zaman sahibin yanındadır, buna görə kart məlumatları ikinci şəxs üçün əlçatmaz qalır. Kartı təqdim etmədən və PİN kodu daxil etmədən alış-veriş etmək daha təhlükəsizdir. Bütün əməliyyatlarınız ödəniş sistemlərinin və Bank VTB ( Azərbaycan) -ın təsdiqlənmiş və təhlükəsiz bağlantıları vasitəsilə icra olunur. Facebook, profilinizi yaratdığınız zaman təqdim etdiyiniz məxfi məlumatlar istisna olmaqla, heç bir konfidensial məlumat saxlamır. Əlavə olaraq, bütün internet-ödənişləriniz CVV2-kodu ilə qorunur, hansınıki “Mənim kartım” menyusunda əldə edə bilərsiniz.
Virtual kart nədir və onunla hansı əməliyyatları həyata keçirə bilərəm?
Virtual kart onlayn ödənişlər üçün nəzərdə tutulmuş və fiziki daşıyicısız buraxılan bir kartdır. Bu kart vasitəsilə Siz ölkədaxili bütün kartlara PULSUZ köçürmələr, onlayn alış-veriş, mobil operatorların balansının artırılması, kommunal xidmətlərin ödənişi, QR kodun yaradılması və bir toxunuşla karta pul köçürülməsi kimi bank əməliyyatlarını həyata keçirə bilərsiniz.
Bankımız Sizə DIRECT virtual kartı PULSUZ hədiyyə edir.
Virtual kartın istifadəsinə görə komissiya haqqı nə qədərdir?
DIRECT kartlarının buraxılması, onlar arasında köçürülmələr, digər bank kartlarından mədaxil və Bank VTB (Azərbaycan) və Azəricard şəbəkəsinin bankomatlarından nağdlaşdırma Sizin üçün hər zaman PULSUZDUR.
Digər bankların kartlarına köçürülmələr, MilliÖn/eManat terminalları vasitəsilə madaxil və digər bankomatlardan nağdlaşdırma əməliyyatlarına kiçik komissiyalar tətbiq olunur. Amma Siz alış-verişləriniz üçün aktiv olaraq DIRECT kartından istifadə edirsinizsə, sadalanan xidmətlərdə Sizin üçün PULSUZ olacaq.
Tariflər haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Chat-bot vasitəsilə necə kart sifariş edə bilərəm?
Kart sifariş etmək üçün:
- Əsas menyuda "Kart sifariş et" düyməsini seçin
- Tələb olunan məlumatları daxil edin
- Sifarişinizi təsdiqləyin
Dostuma kartı necə aça bilərəm?
Sözün əsl mənasında iki toxunuşla! Əsas menyuda “Dosta dəvət” düyməsini seçin və yaranan linki dostunuza – Facebook və ya digər messencer vasitəsilə - göndərin. Bu kartın açılması Siz və dostunuz üçün PULSUZ olacaq.
Limit nədir? Visa DIRECT kartımda hansı limitlər mövcuddur?
Əgər Siz elə indi DIRECT çat-botu vasitəsilə kartı əldə etmisinizsə, o zaman kartınızdaki maksimal qalığ məbləği 100 AZN-dən, alış-verişləriniz üzrə illik dövriyyə məbləği isə 1000 AZN-dən artıq ola bilməz. Bu limiti ləğv etmək üçün Bank VTB (Azərbaycan)-nın istənilən şöbəsinə şəxsiyyət vəsiqəsilə müraciət etmək kifayətdir.
Kartın limitini necə artıra bilərəm?
Kartın limitini artırmaq üçün Bank VTB (Azərbaycan)-nın istənilən şöbəsinə şəxsiyyət vəsiqəsilə müraciət etmək kifayətdir.
Karta necə mədaxil edim?
Kartınızın balansını bir neçə üsulla artıra bilərsiniz:
- Cash İn funksiyalı ATM-lər (bankomatlar) vasitəsi ilə
- eManat terminalı vasitəsilə
- digər kartlar vasitəsilə, sistem tərəfindən yaradılan QR kodla
- digər kartlardan köçürmə etməklə
- Bankın istənilən filialına yaxınlaşaraq
Ödəmə terminalları vasitəsi ilə kart balansına necə mədaxil edə bilərəm?
- Terminalda əsas səhifədən "Bank xidmətləri" menyusunu seçim edirsiniz. Daha sonra "Bank VTB Azərbaycan"ı seçim edirsiniz.
- Kartın son 8 rəqəmi və müddətini qeyd edirsiniz.
- Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
ATM vasitəsi ilə balansa necə mədaxil edə bilərəm?
- Cash İn funksiyalı ATM-ə yaxınlaşaraq.
- Xidmətlər bölümündən Cash to card bölməsini seçərək, kart nömrəsini tam şəkildə qeyd edirsiniz.
- Məbləği daxil etdikdən sonra ödənişi təsdiqləyirsiniz.
QR kod vasitəsi ilə kart balansının artırılması
Siz Çat Bot üzərindən QR kod yaradaraq, tək toxunuşla balansınızı artıra bilərsiniz. Bunun üçün:
- Əsas menyuda "Balansı artır" bölümünü seçirsiniz.
- QR pəncərəsində “Hesab yaratmaq”
- Artırmaq istədiyiniz kart hesabını və məbləği qeyd edirsiniz.
- Digər istifadəçi tərəfindən (hesabı artırmaq üçün linki / QR kodu alan istifadəçi tərəfindən) sistem üzərində təqdim olunan QR kod skan edildikdən sonra, vəsait hesabınıza keçmişdir.
Kartdakı vəsaiti necə nağdlaşdıra bilərəm?
Hazırda virtual kartdakı vəsaitin nağdlaşdırılması mümkün deyil.
Virtual kart vasitəsi ilə mərc oyunlarında ödəniş etdikdə komissiya haqqı tutulurmu?
Virtual kart vasitəsi ilə mərc oyunlarına ödəniş etdiyiniz zaman Bank tərəfindən 2% (min. 5AZN/USD/EUR/250 RUB) + uduş məbləğinin 10% həcmində ƏDV tutulacaqdır.
Kartım bloka düşüb. Nə edim?
Kart bloka düşəndə, kartı bərpa etmək üçün:
- Bankın Məlumat mərkəzinə zəng edərək (+994) 986; + 994 492 00 80 nömrələrinə) kartın son 6 rəqəmini və məxfi sözü təqdim etmək kifayətdir.
- Filiallarımızdan birinə yaxınlaşıb, PIN-kodu blokdan çıxara bilərsiniz.
Chat-bot vasitəsilə necə kredit sifariş edə bilərəm?
Kredit sifariş etmək üçün:
- Əsas menyuda "Kredit al" düyməsini seçin.
- İstədiyiniz kredit məbləğini və aylıq gəlirinizi qeyd edin.
- Əgər Siz "Mənim kabinetim" menyusuna daxil olmamısınızsa, bu halda FİN-kod tələb olunan bölməyə, şəxsiyyət vəsiqənizin FİN kodunu əlavə edin.
- Mobil nömrənizə yönləndirilən 6 rəqəmli şifrəni daxil etməklə sifarişinizi təsdiqləyin.
Kredit müraciətimə nə zaman cavab təqdim olunacaq?
Kredit müraciətlərinə 1 iş günü ərzində baxılaraq, cavab təqdim olunur.
Əməliyyat zamanı səhv olarsa, nə etməliyəm?
Əməliyyat zamanı hər hansı bir problem yaranarsa, Bank ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrələri: (+994) 986, (+99412) 4920080 və yaxud,
Whatsapp: (+99455) 2140986
İş qrafikiniz necədir?
Bankın filialları həftəiçi hər gün 9:00-dan 19:00-a qədər fasiləsiz olaraq çalışır, şənbə günü isə saat 10:00-dan 16:00-a qədər fasiləsiz xidmətinizdəyik.
Suallarımı kimə verə bilərəm?
Sizə uyğun olan istənilən üsuldan istifadə edin:
Whatsapp: (+99455) 214 09 86
Məlumat mərkəzinin pulsuz xidmət nömrəsi: (+99412) 986; (+99412) 492 00 80
E-mail: info@vtb.az
İş rejimi: 9:00-19:00 (iş günləri). 10:00-16:00 (Şənbə günləri).