Təhsil və ixtisas
2005-ci ildə
Rusiya Dövlət Aqrar Universitetini “Mühasibatlıq uçotu, analiz və audit” ixtisası üzrə fərqlənmə ilə bitirib
2013-cü ildə
“Ali İqtisadiyyat Məktəbi” MTU-ni “Maliyyə menecmenti” ixtisası üzrə bitirib
Peşəkar təcrübə
Maksim Vlasov Bankın komandasına 2019-cu ildən işlədiyi Sberbank ASC-dən keçərək qoşulub. İri xarici və Rusiya maliyyə institutlarında, o cümlədən EY audit şirkətində, Barclays, Moskva Bankı (VTB Qrupu), “Rusiya Kapitalı” bankında 15 ildən artıq iş təcrübəsinə malikdir. Maliyyə Departamentinin direktoru vəzifəsində strateji planlaşdırma, büdcə və nəzarət, hesabat, ALM idarəçiliyi və infrastruktur layihələrinin həyata keçirilməsinə cavabdehdir. Bankın Müşahidə Şurasının qərarı və Azərbaycan Respublikası Mərkəzi Bankında sertifikatlaşdırmanın nəticələri əsasında 29 iyul 2021 -ci ildə Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.