VTB — Bank VTB (Azərbaycan)-ın “Arzu yolkası” kampaniyası başa çatıb

Bank VTB (Azərbaycan)-ın “Arzu yolkası” kampaniyası başa çatıb


11 January 2022

“Nur” uşaq evinin balaca sakinləri üçün GİD CSR Consulting MMC -nin təşkilati və Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə keçirilən Yeni il xeyriyyə layihəsi başa çatdı.

Uşaqların yazdıqları arzu məktubları bankın filiallarında bayram ağaclarında çox gözləmədi. Bankın əməkdaşları və müştəriləri layihəni aktiv dəskləyərək, uşaqların yeni il üçün istədikləri hədiyyələri çox tez bir zamanda aldılar. Uşaq evində məskunlaşmış və aztəminatlı ailələrdən olan uşaqlar üçün alınmış hədiyyələr yığılaraq yeni ilin ilk günlərində ünvanlara çatdırıldı.


Geriyə