VTB — Yelo Bank ilə bankomatların paylaşılmasının dayandırılması haqqında

Yelo Bank ilə bankomatların paylaşılmasının dayandırılması haqqında


29 December 2021

Hörmətli Bank VTB (Azərbaycan) müştəriləri

Nəzərinizə çatdırırıq ki, 7 yanvar 2022-ci il tarixindən etibarən Bank VTB (Azərbaycan) və Yelo Bank arasında ATM şəbəkəsindən birgə istifadəyə dair razılaşma dayandırılacaq. Bu tarixdən etibarən Yelo Bankın ATM və POS terminallarında kartlarınızdan vəsaitlərin nağdlaşdırılması zamanı aşağıdakı komissiyalar tətbiq olunacaq:

  • Bankomatlardan nağd pul çıxararkən:
    • debet kartları üçün - 1,5% (min.2 AZN / USD / EUR / 100RUB)
    • kredit kartları üçün - 5% (min. 3 AZN)
  • POS terminallardan nağd pul çıxararkən
    • debet kartları üçün - 1,5% (min.5 AZN / USD / EUR / 250RUB)
    • kredit kartları üçün - 5% (min 5 AZN)

Zəhmət olmasa əməliyyatlar apararkən bunu nəzərə alın.


Geriyə