VTB — İdarə Heyəti

İdarə Heyəti

Borodin Yevgeni Valeryeviç

İdarə Heyətinin üzvü, Pərakəndə biznes departamentinin direktoruBankın İdarə Heyətinin Sədrinin v.i.e.

Bank VTB (Azərbaycan) ASC-in İdarə Heyətinin Sədrinin vəzifələrini icra edən vəzifəsinə 29.06.2021-ci il tarixində təyin edilib

Əvvəl tutduğu vəzifələr:

2017 – 2020 illər – Bank VTB ASC törəmə şirkətlərdə Pərakəndə Biznesin İnkişafı Departamentinin idarəedici direktoru

2011-ci ildən VTB Qrupunda işləyir, 2007-ci ildən bank sahəsində çalışır

2008-ci ildə Moskva Dövlət Mədənçilik Universitetinin iqtisadiyyat fakültəsini “Mədən sənayesində iqtisadiyyat və idarəetmə” ixtisası üzrə bitirib.

Klimenko Vadim Aleksandroviç

İdarə Heyətinin üzvü

Klimenko Vadim Aleksandroviç 2004-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini  “Beynəlxalq İqtisadi Əlaqələr” ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin il V.A.Klimenko Azərbaycan Dövlət Neft Akademiyası-nın Georgia State University ilə tərəfdaşlığı çərçivəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə Azərbaycan Dövlət Neft Universitetində təhsil almağa başlayıb və 2006-cı ildə fərqlənmə ilə magistr dərəcəsini alıb.

Ölkənin maliyyə sahəsindəki peşəkar karyerasına V.A.Klimenko 2005-ci ildə “Bank Standard” KB-da başlayıb və burada 10 ildən artıq Maliyyə və Risklərin idarə edilməsi departamentlərində rəhbər vəzifələrdə çalışıb. “Bank Standard” KB-da işlədiyi dövrdə V.A.Klimenko maliyyə təhlili və proqnozlaşdırılması sahələrinə, beynəlxalq reytinq agentlikləri və maliyyə institutları ilə iş, skorinq modellərinin işlənməsi, eləcə də vaxtıkeçmiş kreditlərin yığılması sisteminin optimallaşdırılmasına görə cavabdeh olub.

2015-ci ilin iyun ayında V.A.Klimenko Çikaqo Universitetinin biznes məktəbində (The University of Chicago Booth School of Business) təhsil almağa başlayıb və 2017-ci ildə bu biznes məktəbinin fərqlənmə ilə MBA dərəcəsini alan Azərbaycanın ilk nümayəndəsi olub.

2016-cı ilin oktyabrında V.A.Klimenko “Bank VTB (Azərbaycan)” ASC-nın risklərə və problemli aktivlərə nəzarəti əhatə etməklə Risklər və Monitorinq Departamentinin direktoru kimi VTB Qrupun komandasına qoşulub. 2017-ci il fevralın 2-də Vadim Klimenko “Bank VTB (Azərbaycan)” ASC-nın İdarə Heyətinin üzvü, Risklər üzrə Baş inzibatçı vəzifəsinə təyin olunub.

Ailəlidir, iki qız övladı var.

Cəlilov Yasin Cəlil oğlu

İdarə heyətinin üzvü

2019-cu ildə Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin üzvü təyin edilib.

2018-ci ildən bank VTB (Azərbaycan)- da çalışır.

Əvvəl tutduğu vəzifələ:

2011-2018-ci illərdə – Azərbaycan Beynəlxalq Bankında Korporativ biznes departamentinin direktoru

2006-2011-ci illərdə – Azərbaycan Beynəlxalq Bankında Korporativ biznes departamentinin direktor müavini/Ticarətin maliyyələşdirilməsi şöbəsinin müdiri

1996-2006-cı illərdə – Azərbaycan Beynəlxalq Bankında müxtəlif vəzifələrdə çalışıb

2015-2018-ci illərdə -  Warwick Business School (MBA)

1999-2001-ci illərdə – Azərbaycan Dövlət Neft Akademiyası

1994 -1999-cu illərdə – Bakı Sosial İdarəetmə və Politoloqiya İnstitutu

1993-1998-ci illərdə - “Xəzər” universiteti

1977-ci ildə Bakı şəhərində anadan olub.

Vlasov Maksim Aleksandroviç

İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru

Təhsil və ixtisas

2005-ci ildə Rusiya Dövlət Aqrar Universitetini “Mühasibatlıq uçotu, analiz və audit” ixtisası üzrə fərqlənmə ilə bitirib

2013-cü ildə “Ali İqtisadiyyat Məktəbi” MTU-ni “Maliyyə menecmenti” ixtisası üzrə bitirib

Peşəkar təcrübə

Maksim Vlasov Bankın komandasına 2019-cu ildən işlədiyi Sberbank ASC-dən keçərək qoşulub. İri xarici və Rusiya maliyyə institutlarında, o cümlədən EY audit şirkətində, Barclays, Moskva Bankı (VTB Qrupu), “Rusiya Kapitalı” bankında 15 ildən artıq iş təcrübəsinə malikdir.     Maliyyə Departamentinin direktoru vəzifəsində strateji planlaşdırma, büdcə və nəzarət, hesabat, ALM idarəçiliyi və infrastruktur layihələrinin həyata keçirilməsinə cavabdehdir. Bankın Müşahidə Şurasının qərarı və Azərbaycan Respublikası Mərkəzi Bankında sertifikatlaşdırmanın nəticələri əsasında 29 iyul 2021 -ci ildə Bankın İdarə Heyətinin üzvü təyin edilmişdir.