Kart sahibləri üçün faydalı məlumat

Bankımızın plastik kart müştərilərinin öz vəsaitlərini nağdlaşdırarkən əlavə xərclərdən azad etmək məqsədi ilə xüsusi olaraq hazırlanmış “Güzəşt Şəbəkəsi” layihəsini təqdim edirik. Bu layihənin məqsədi plastik kart müştərilərinin Bank VTB (Azərbaycan) ATM-ləri ilə eyni tariflərlə* vəsait çıxara biləcəyi beynəlxalq şəbəkə yaratmaqdır. “Güzəşt Şəbəkəsi” Bank VTB (Azərbaycan) ilə partnyor əlaqələri mövcud olan yerli və xarici Banklardan formalaşmışdır.

Bank VTB (Azərbaycan)-ın Güzəşt şəbəkəsinə daxil olan bankların siyahısı:

  • PAŞA Bank (Azərbaycan)
  • AccessBank (Azərbaycan)
  • VTB24 (Rusiya Federasiyası)
  • VTB (Gürcüstan)
  • VTB (Ukrayna)
  • VTB (Qazaxıstan)
  • VTB (Belarus)
  • VTB Moskva Bankı (Rusiya Federasiyası)

*Konvertasiya komissiyasında heç bir dəyişiklik baş verməmişdir.