SMS-Məlumatlandırma

Bank VTB (Azərbaycan)-ın SMS-məlumatlandırma xidməti  ödəniş kartı üzrə aparılan əməliyyatlar barədə müştəriyə SMS vasitəsi ilə məlumat almaq imkanı verir.  Siz  kart hesabına pul vəsaitlərinin mədaxili və  nağd vəsaitlərin çıxarılmasına SMS-xəbərdarlıq xidməti vasitəsi ilə nəzarət edə bilərsiniz.

SMS-xəbərdarlıq xidmətinə qoşulmaq üçün bankın istənilən filialına yaxınlaşmaq və ya 24 saat xidmət göstərən 986 nömrəli Çağrı Mərkəzinə zəng vurmaq kifayətdir. Bundan başqa, SMS-xəbərdarlıq  funksiyasını bankomatları vasitəsi ilə  aktivləşdirmək mümkündür.