E-Pin xidməti (ödəniş kartında pin-kodun dəyişdirilməsi)

PRESRELIZ-pin.jpg
 Kartın Pin-kodunu unutmusuz?

 E-Pin xidməti vasitəsilə Sizə rahat olan istənilən üsulla yeni Pin-   kodu təyin edin:

  •  Sayt
 АТМ

  •  POS-terminal

 


Sayt üzərindən PİN-kodun dəyişdirilməsi

  1. Bankla 986 qısa nömrəsi ilə əlaqə saxlayaraq kartınızın pin-kodunu dəyişmək niyyətiniz barədə bankı xəbərdar edir
  2. Bankın saytında https://reg.azericard.com/pin_vtb/ linkinə keçin.
  3. Sorğulanan kart məlumatlarını (kartın nömrəsi, qüvvədə olma müddəti və CVV) daxil edin.
  4. “PİN-kodu təyin etmək” funksiyasını seçin, bundan sonra mobil telefona rəqəm və simvollardan ibarət SMS gələcək (*)
  5. Rəqəmləri daxil edin, simvolların yerinə isə yeni Pin-kod üçün rəqəmləri ardıcıllıqla daxil edin.

PİN-kodun АТМ üzərindən dəyişdirilməsi

  1. Bankla 986 qısa nömrəsi ilə əlaqə saxlayaraq kartınızın pin-kodunu dəyişmək niyyətiniz barədə bankı xəbərdar edir
  2. Kartı bankomata daxil edin və ekranın sağ küncündən EPIN bölməsini seçin.
  3. Mobil telefona gəlmiş birdəfəlik pin-kodu yığın.
  4. Yeni Pin-kodu yığın.
  5. Yeni Pin-kodu təkrar daxil edin.

PİN-kodun POS-terminal üzərindən dəyişdirilməsi

Bankın istənilən şöbəsinə yaxınlaşın və kassada yeni PİN-kod təyin edin.

Diqqət! 

Pin Set funksiyasını dəstəkləməyən kart sahibləri pin-kodu dəyişməzdən əvvəl köhnə pin-kodu silmək üçün bankla əlaqə saxlamalıdır. Pin-kodun silinməsi üzrə komissiya bankın tariflərinə uyğun olaraq tutulur.