Cash by Code


Bilirsiniz ki, bankomatlardan kart olmadan da pul çıxarmaq olur? Bankımız Cash by Code xidmətinin aktivləşdirilməsi,  müştərilər üçün  bankomatların yeni bir imkanını üzə çıxardı.

Cash by Code - asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz  kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.

Vəsaitlərin göndərilməsi və alınması Cash by Code xidmətinə qoşulmuş, istənilən VTB (Azərbaycan) bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar.  

Müştəri bankomatda Cash by Code xidmətini seçərək məbəği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifrə (1-ci hissə) əks olunmuş qəbz çap edilir.Vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifrə (2-ci hissə) göndərilir. Müştəri qəbzdəki şifrə və SMS vasitəsilə göndərilən şifrələri ardıcıllıqla daxil edir  və vəsaiti çıxarır. Məbləği bankomatdan çıxsrdığınıza görə komissiya tutulmur.