Card to Card xidməti

Bankın müştəriləri (kart sahibləri) "Kart Transfer" xidməti vasitəsilə ATM və ödəniş köşklərindən, habelə İnternet Banking və MobilBank xidmətlərindən istifadə edərək kart hesabları arasında köçürmələrin aparılması imkanını əldə edə bilərlər. Bankımızın plastik kart müştəriləri Card to Card xidmətindən istifadə etməklə günün istənilən vaxtı kart hesabları arasında köçürmələr edə bilər. Card to Card xidməti ATM və ya MobilBank xidmətindən istifadə etməklə həyata keçirilir. Bu xidmət vasitəsilə Bank VTB (Azərbaycan) plastik kartları ilə bərabər “Azerikart” prosessinq mərkəzində xidmət alan istənilən Banka məxsus plastik kartlara köçürmə etmək (və ya qəbul etmək) mümkündür.

“Azerikart” prosessinq mərkəzində xidmət alan bankların siyahısı ilə aşağıdakı link vasitəsilə tanış ola bilrsiniz: https://www.azericard.com/?p=cardtransfer_01

Card to Card xidmətindən istifadə qaydaları:

  • Kartınızı ATM-ə daxil edin;
  • Ekranda müvafiq menyunu seçin: Xidmətlər → Card to Card;
  • Vəsaiti köçürmək istədiyiniz kartın 16 rəqəmli nömrəsini daxil edin (2 dəfə);
  • Köçürmənin valyutasını və məbləğini seçin;
  • Təsdiq edin.

Card to Card xidməti üzrə komissiya haqqları:
Köçürmə üzrə komissiya haqları köçürməni edən kartın hesabından tutulur.
Əmək haqqı və əmanət kartına Card to Card xidməti üzrə vəsait gəldikdə komissiya həm də vəsaiti alan tərəfdən tutulur.
Əgər köçürmə zamanı seçdiyiniz valyuta kartın valyutasından fərqlənərsə kart hesabınızdan əlavə olaraq konvertasiya komissiyası tutulacaqdır.