Rubl kartları

Bank VTB (Azərbaycan) Rusiya Federasiyasına işgüzar və ya turistik səyahət etməyi planlaşdıran, orada təhsil alan insanlar üçün xüsusi Rubl Kartları təklif edir. Rubl Kartları ilə Siz valyuta dəyişdirilməsi üzrə (konvertasiya) əlavə komissiya ödəmədən öz vəsaitlərinizi nağdlaşdıra və ya ödənişlər edə bilərsiniz.

Bundan əlavə, Bank VTB öz törəmə bankları (VTB24, LetoBank və Moskva Bankı) ilə birlikdə Rusiya Federasiyası ərazisində çox geniş ATM və POS-Terminal şəbəkəsinə malikdir. Siz, kart əməliyyatlarınızı bu bankların avadanlıqları vasitəsilə həyata keçirərkən beynəlxalq tariflər deyil, bankdaxili tariflər tətbiq ediləcəkdir.

Beləklə Bank VTB (Azərbaycan) Rubl Kartları ilə siz Rusiya Federasiyası ərazisində endirimli şərtlərlə əməliyyat etmək şansı əldə edəcəksiniz.

Rubl Kartları aşağıdakı şərtlərlə təklif edilir:

VISA ELECTRON

Kartın valyutası: Rusiya Rublu

Kartın müddəti 12 ay 24 ay 36 ay
Xidmət haqqı 5 AZN 8 AZN 10 AZN
Əlavə kartın xidmət haqqı 5 AZN 8 AZN 10 AZN

VISA CLASSIC

Kartın valyutası: Rusiya Rublu

Kartın müddəti 12 ay 24 ay 36 ay
Xidmət haqqı 15 AZN 20 AZN 25 AZN
Əlavə kartın xidmət haqqı 13 AZN 18 AZN 22 AZN
Kartın pulsuz təqdim edilməsi üçün İlkin minimal mədaxil məbləği 69000 RUB 103500 RUB 138000 RUB

VISA GOLD

Kartın valyutası: Rusiya Rublu

Kartın müddəti 1 il 2 il 3 il
Xidmət haqqı 40 AZN 50 AZN 70 AZN
Əlavə kartın xidmət haqqı 30 AZN 40 AZN 50 AZN
Kartın pulsuz təqdim edilməsi üçün İlkin minimal mədaxil məbləği 138 000 RUB 207 000 RUB 276 000 RUB

VISA PLATINUM

Kartın valyutası: Rusiya Rublu

Kartın müddəti 12 ay 24 ay 36 ay
Xidmət haqqı 80 AZN 120 AZN 140 AZN
Əlavə kartın xidmət haqqı 60 AZN 100 AZN 120 AZN
Kartın pulsuz təqdim edilməsi üçün İlkin minimal mədaxil məbləği 345 000 RUB 552 000 RUB 690 000 RUB