"Bakı-Moskva" kartı

“Bakı-Moskva” kartı nədir?

“Bakı-Moskva” kartı nağdsız ödənişlər və nağdlaşdırma üçün, eləcə də pul vəsaitinin hesabda yığılması üçün nəzərdə tutulan debet kartıdır. Siz, vəsaitinizi bankımızda hesaba yatırıb bu kartı alıb, sonra da asanlıqla dünyanın istənilən yerində istifadə edə bilirsiniz. Bankın təqdim etdiyi Cash-back funksiyası sayəsində bu kartla xarici ölkələrdə nağdsız əməliyyatlar aparıldıqda xərclərinizin müəyyən qismi geri qayıdır. Bundan başqa, kart sahibinə əlavə qazanc gətirə bilər.


Kartın xüsusiyyətləri:

  • Kartın valyutası: AZN, USD,EUR, RUB

  • Kartın müddəti:  24 ay və 36 ay

  • Kartın növü: VISA Classic

  • Komissiya: 24 ay müddətinə olan kartlar üçün - 10 AZN/ 36 ay müddətinə olan kartlar üçün 15 AZN 

Kartın üstünlükləri:

  • Cash Back - xarici ölkələrdə 100 AZN ekvivalentindən yuxarı olan nağdsız əməliyyatlar zamanı xərclərin 0,5% geri qayıdır

  • Kart üzrə hesabdakı qalıq məbləğinə əlavə gəlir  hesablanır. Kartın valyutasından asılı olaraq, gəlir üzrə faiz dərəcəsi illik 0,5%-dən 4,5%-dək dəyişə bilər. 

  • İnternet vasitəsi ilə ödəniş

  • Bank VTB (Azərbaycan)-ın VTB Online internet bankinq xidməti müştərilərə dünyanın hər bir yerindən, istənilən vaxtı öz hesablarını idarə etməyə imkan verir. 

  • Bankomatlardan vəsaitin nağdlaşdırılması

  • Vahid bankomat şəbəkəsi vasitəsilə qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən VTB (Azərbaycan)-ın mövcud tariflərinə uyğun olaraq cəmi 1% komissiya tutulur. Güzəştli şəbəkəyə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24 və Poçt bank, ölkə ərazisində isə PashaBank və AccessBank daxildir.

    AKSİYA!

    11 dekabr 2017-ci ildən 31 yanvar 2018-ci ilədək “Bakı-Moskva” kartı ilə ən çox alış-veriş edən müştəri Bakı-Moskva-Bakı istiqamətində aviabilet qazanacaq. Aksiyanın şərtlərinə əsasən, xərclənən vəsait hesablanarkən Azərbaycan ərazisində və xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə kartla həyata keçirilmiş nağdsız əməliyyatlar nəzərə alınacaq. Xaricdə həyata keçirilən əməliyyatların məbləği hesablanma zamanı iki dəfə artırılacaq. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.
    Qalib Aksiya başa çatdıqdan sonra 3 gün ərzində müəyyənləşəcək. Bilet yalnız kart sahibinin - Aksiya qalibinin adına verilir. Uçuşun tarixlərini qalib seçir və bu barədə uduş elan edildikdən sonra 1 ay ərzində banka məlumat verir.