Ani kredit kartı - Rahat Kart

Bank VTB (Azərbaycan) tərəfindən xüsusi olaraq hazırlanmış “Rahat Kart” məhsulu ani buraxılma kartları vasitəsi ilə təqdim edilir. Siz Bankımızın istənilən filialına sadəcə bir dəfə yaxınlaşmaqla vaxt itirmədən, yerində rəsmiləşdirilmək şərti ilə kredit kartı əldə edə bilərsiniz. Bu kartlar dünya üzrə istənilən ölkədə ATM və POS-terminallar tərəfindən qəbul edilir.

“Rahat Kartın” şərtləri
Kreditin valyutası: AZN, USD;
Kreditin məbləği: 300-1500 AZN (və ya USD ekvivalenti);
Kartın müddəti:  24 ay;
Faiz dərəcəsi: 28%;
FİFD: 28.6%;
Kartın növü: VISA Electron Instant Issue.

Kredit almaq üçün tələb olunan sənədlər:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
  • İş yerindən arayış (staj, vəzifə və əmək haqqı göstərilməklə).

Kredit kartının əldə edilməsi üçün ərizəçiyə irəli sürülən tələblər:

  • Ərizəçinin iş yeri: Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron r-nu,Gəncə, Naftalan və Ağstafa,Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları;
  • Vətəndaşlığa qarşı tələblər: Azərbaycan vətəndaşlığı;
  • Məşğulluq: Əmək müqaviləsi əsasında işləmə (muzdla);
  • Ərizəçinin əmək stajı: Ümumi staj 1 ildən az olmamaq şərtilə, son iş yerində əmək stajı 3 aydan az olmamalıdır.