Sayt üzrə axtarış
Kredit kartları
Çox vaxt istəklərin həyata keçirilməsi üçün əlavə imkanlar tələb olunur. Bankımızın beynəlxalq kredit kartları – istənilən alış-verişlərin ödənişinin ən müasir və rahat yoludur. Harada olmanızdan asılı olmayaraq, bizim kredit kartlarımız sizə arzularınızı reallaşdırmağa imkan verəcəkdir.
Kartların növləri: Visa Classic, Visa Gold, Visa Platinum;
Kreditin məbləği: min. 300 AZN/USD - maks. 11 000 AZN/USD;
Kreditin müddəti: 12 aydan 24 aya qədər;
Faiz dərəcəsi: 25% - dən başlayaraq;
FİFD: 26% - dən başlayaraq;
Maksimal güzəşt müddəti: 45 gün.
Kredit almaq üçün tələb olunan sənədlər:
- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
- İş yerindən arayış (staj, vəzifə və əmək haqqı göstərilməklə).
Kredit kartının əldə edilməsi üçün ərizəçiyə irəli sürülən tələblər:
- Ərizəçinin iş yeri: Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron r-nu,Gəncə, Naftalan və Ağstafa,Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları;
- Vətəndaşlığa qarşı tələblər: Azərbaycan vətəndaşlığı;
- Məşğulluq: Əmək müqaviləsi əsasında işləmə (muzdla);
- Ərizəçinin əmək stajı: Ümumi staj 1 ildən az olmamaq şərtilə, son iş yerində əmək stajı 6 aydan az olmamalıdır.