CONTACT pul köçürmələri sistemi

CONTACT beynəlxalq pul köçürmələri sisteminin hazırda dünyanın 170-dən çox ölkəsində 400 min xidmət məntəqəsi fəaliyyət göstərir.

Fiziki şəxslər arasında nağd vəsait köçürmələrinə əlavə olaraq, CONTACT vasitəsilə hüquqi və fiziki şəxslərin Rusiya, Türkiyə, Avropa ölkələri, ABŞ, Kanadanın istənilən bankında açılmış hesablarında mədaxil etmək yolu ilə pul köçürmələri həyata keçirmək mümkündür.

Contact sisteminin üstünlükləri:

  • Köçürmələri rubl, dollar və avro kimi valyutalarda həyata keçirmək imkanı;
  • Köçürmənin aşağı həddi yoxdur;
  • Visa, Mastercard, UnionPay kartlarına köçürmələr (yalnız kartın nömrəsi tələb olunur);
  • Köçürmənin statusu haqqında SMS-bildiriş xidmətinə pulsuz qoşulma.

Сontact təcili pul köçürmələri sisteminin TARİFLƏRİ.