Kommunal xidmətlərin ödənişi



1 sentyabr 2013 –ci ildən Hökümət Ödəniş Portalına qoşulmuş Bankın istənilən məntəqəsinə yaxınlaşıb borcu öyrənməklə, ödənişlərinizi nağd şəkildə apara bilərsiniz. 

Bank VTB Azərbaycan KÖMİS – Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşularaq, müştərilərdən kommunal ödənişlər, cərimələr və rüsumların qəbulunu həyata keçirir. 

Bu sistemə qoşulmaqla artıq müştərilər 

  • İşıq, “Bakıelektrikşəbəkə” ASC 
  • Qaz, “Azəriqaz” QSC 
  • Su, “Azərsu” SC 
  • İstilik
  • Rabitə
  • Mobil telefon (Azercell, Bakcell, Nar Mobile)
  • Dövlət ipotekası
  • DYP cərimələri 

    və digər rüsumları rahatlıqla filiallarda ödəyə bilərlər. 

 Kommunal xidmətləri ödəmək üçün tələb olunan sənədlər: 

  •  şəxsiyyət vəsiqəsi 
  •  müvafiq borc qəbzi. 
 Bankın əməkdaşı müştərini sistemdə qeydiyyatdan keçirərək ona xüsusi abunəçi kodunu bildirəcək. 

Növbəti ödənişlər zamanı həmin abunəçi kodu ilə ödənişləri daha rahat və tez həyata keçirmək mümkün olacaq.