İstifadə olunmuş avtomobillərin kreditləşdirilməsi


Bir çox hallarda yeni avtomobillər üçün deyil, istifadə olunmuş avtomobilə kredit tələb olunur. Məlumdur ki, bəzən istifadə olunmuş avtomobili almaq daha sərfəlidir. Məhz belə bir ehtiyac yarandıqda, bankımızın təklif etdiyi “İstifadə olunmş avtomobil krediti” sizə istədiyiniz avtomobili almağa kömək edəcək. Bu kredit seçdiyiniz maşını sərfəli qiymətə əldə etməyə imkan verəcək.

Kreditin şərtləri:

Kredit verilir: Azərbaycan vətəndaşı olan fiziki şəxslərə

Kreditin obyekti: istifadə olunmuş avtomobillər

Kreditin valyutası: AZN, USD

Kreditin minimal məbləği: 3000 AZN (və ya bu məbləğin USD ekvivalenti)

İlkin ödəniş: avtomobilin dəyərinin 80%-i

Kreditin müddəti: 12 aydan 48 ayadək

Faiz dərəcəsi: 22%-dən başlayaraq

FİFD: 23,57 %

Bank komissiyası: Kreditin təminatı üçün komissiya nəzərdə tutulmayıb

 Hesabdan vəsait çıxarıldıqda bankın tariflərinə əsasən nağdlaşdırmaya görə  komissiya tutulur.

 Girov təminatı : Alınan avtomobil

Üçüncü şəxslərin zamini (bankın qərarına əsasən)