İpoteka

Dövlət İpoteka və kredit-zəmanət fondunun xətti ilə standart ipoteka krediti
Güzəştli ipoteka krediti
MİDA mənzillərinə ipoteka krediti

 Standart ipoteka krediti 

 

Kreditin müddəti:

Maksimum 25 il

Kreditin məbləği:    Maksimum 150 000 AZN
İlkin ödəniş: İlkin bazardan alınan mənzillər üçün daşınmaz əmlakın bazar qiymətinin ən azı 15%-i
Təkrar bazardan alınan mənzillər üçün daşınmaz əmlakın bazar qiymətinin ən azı 30%-i

Faiz dərəcəsi:

 illik 7%

Ödəniş növü: Annuitet qaydada (bərabər ödənişlər)
Girov: Fərdi yaşayış evi və ya mənzil
Sığorta:

Borcalanın həyatı və əmək qabiliyyəti sığortalanır;

Kreditin həcmindən az olmamaq şərti ilə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak sığortalanır.

Güzəştli ipoteka krediti          

 
Kreditin müddəti:

Maksimum 30 il

Kreditin məbləği:      Maksimum 100 000 AZN
İlkin ödəniş: İlkin bazardan alınan mənzillər üçün daşınmaz əmlakın bazar qiymətinin ən azı 15%-i
Təkrar bazardan alınan mənzillər üçün daşınmaz əmlakın bazar qiymətinin ən azı 30%-i

Faiz dərəcəsi:

illik 4 %

Ödəniş növü: Annuitet qaydada (bərabər ödənişlər)
Girov: Fərdi yaşayış evi və ya mənzil
Sığorta:

Borcalanın həyatı və əmək qabiliyyəti sığortalanır;

Kreditin həcmindən az olmamaq şərti ilə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlak sığortalanır.


Aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər: 


a.    gənc ailənin (Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu :  1.0.3. gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn)  üzvü olan aşağıdakı şəxslər:

  •     şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
  •     Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
  •     məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
  •     ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
  •     ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
  •     fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
  •     idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).

b.    elmlər doktoru elmi dərəcəsi olan şəxs; 
c.    ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs; 
d.    ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla); 
e.    ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

İpoteka kreditinin alınmasi üçün təqdim olunmali əsas sənədlər:

 İpoteka kreditinin alinmasi üçün tələb olunan sənədlər

  •  Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti
  •  Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti)
  •  Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)
  •  Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)
  •  Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  •  Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.)

 İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

  •  İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda)
  •  İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd
  •  İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış
  •  İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti
  •  İpoteka predmetinin qiymətləndirmə aktı

 İpotekanin rəsmiləşdirilməsindən sonra təqdim olunmali sənədlər

  •  İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər
  •  Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər
  •  Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti
  •  Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti

 Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər

  •  Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti)
  •  Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi

 Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmali sənədlər

 Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd

Qeyd: Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.

MIDA ipoteka krediti 

 
Şərtlər


Şərtlər

Güzəştli ipoteka kreditləri

Maksimal məbləğ

100 000

Maksimal illik faiz dərəcəsi

4%

Maksimal müddət

30 il

İlkin ödəniş

10%

 

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər

  1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti
  2. Borcalan evli olduğu halda həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və nikahın bağlanması (və ya pozulması, həyat yoldaşının ölüm) haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti
  3. Borcalan subay olduğu halda VVAQ.-dan subaylıq haqqında arayış və subaylıq ərizəsi
  4. Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti
  5. Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayış (ASAN xidmətdən).
  6. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
  7. Borcalanın (borcalanların) əmək müqaviləsi və onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
  8. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
  9. İpoteka predmetinin qiymətləndirmə aktının əsli

Borcalan fərdi sahibkar olduğu halda təqdim olunmalı əlavə sənədlər

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi
  3. Vergi orqanları tərəfindən son 24 ay ərzində maliyyə göstəriciləri haqqında arayış


İstifadə qaydaları

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan və həmin sistem vasitəsi ilə mənzili seçən aşağıdakı şəxslərin bu kreditdən istifadə edə bilər:

  •          Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

o    Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

o    Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

o    Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

o    Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

o    Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

o    Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

o    İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).         

  • Elmlər doktoru elmi dərəcəsi olan şəxs;

  •          Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

  •          Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

  •          Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

  •          Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 



          Заказать звонок

Заказать звонок

Öz telefon nömrənizi və adınızı qeyd edin. Biz sizə zəng edəcəyik.

Ad

Telefon*

Şəkil olan simvol daxil edin*
 
Öz telefon nömrənizi qeyd edin
Şəkil olan simvol daxil



 .