«Müştəriyə Dəstək» Proqramı


Kim istifadə edə bilər:

  • Əsas gəlir mənbəyini itirmiş müştərilər;
  • Vaxtı keçmiş kredit ödəməsi olmayan maliyyə durumu pisləşmiş müştərilər (ödəmələri dayandırılıb/məvacibi azaldılıb);
  • 90 günədək gecikdirilmiş borcu olan müştərilər;
  • Daha öncə krediti üzrə restrukturizasiya edilmiş və gecikdirilmiş borcu 90 gündən çox olmayan müştərilər;
  • Daha öncə krediti üzrə restrukturizasiya edilməyən və gecikdirilmiş borcu 90 gündən çox olan müştərilər*.

*Kredit üzrə son 30 təqvim günü ərzində 50 AZN-dən (və ya ekvivalenti) az olmayan ödəmə olduqda kredit üzrə restruktrurizasiya mümkündür.

Təklifin məzmunu:

Dəbbə pulu nəzərə alınmadan gecikdirilmiş borcun kapitallaşdırılması ilə 6 aylıq güzəşt müddətinin * verilməsi **, aylıq ödəniş məbləğinin azaldılması mümkünlüyü ilə:

  • Nağd kreditlər üçün: güzəşt müddətində aylıq annuitet ödənişin 15%-i məbləğində;
  • avtokreditlər üçün: hər ay ən azı 50 AZN ekvivalentində ödəniş etmə şərti ilə güzəşt müddətimdə aylıq annuitet ödənişin 10% məbləğində;
  • girovlu kreditlər üçün: hər ay ən azı 150 AZN ekvivalentində ödəniş etmə şərti ilə güzəşt müddətində aylıq annuitet ödənişin 10% məbləğində;
  • kredit kartları üçün: hər ay ən azı 50 AZN ekvivalentində ödəniş etmə şərti ilə annuitet ödəniş qrafikinin tərtib olunması.

* ərizəçinin gəlir mənbəyinin olmaması faktı BYŞ tərəfindən təkrarən təsdiqləndikdən sonra güzəşt müddətinin əlavə 6 ay uzadılması mümkündür.

** gecikdirilmiş borc yarandıqda, müştəri tərəfindən kredit vaxtında/vaxtından qabaq ödənilərsə, hesablanmış dəbbə pulu silinmə şərti ilə kreditin son ödəniş gününə keçirilir.

Kreditin valyutası:

  • AZN, USD, RUB

Faiz dərəcəsi:

  • Restrukturizasiya edilən (ilkin) kreditin faiz dərəcəsi, 29%-dən az olmamaq şərti ilə.

Restrukturizasiya/prolonqasiya:

  • Uzadılma günündən etibarən 60 ay
  • «Girovlu istehlak krediti» üzrə 84 ayadək

Xüsusi şərtlər:

  • Kreditin kapitallaşdırılması şərti ilə güzəşt dövrünün əlavə 6 ay müddətinə də uzadılması mümkündür. Bunun üçün müştərinin gəlir mənbəyinin olmadığı/maliyyə durumunun pisləşdiyi təkrar təsdiqlənməlidir;
  • Kreditin vaxtının uzadılması əsas gəlir mənbəyinin itirilməsi/maliyyə durumunun pisləşdiyi təsdiqləndikdən (tələb olunduqda müştərinin əmək kitabçası /və ya ödəmələrin dayandırıldığını və ya məvacibin azaldıldığını sübut edən sənədlər təqdim olunduqdan sonra həyata keçirilir;
  • Güzəşt dövrü bitdikdən sonra dəbbə* nəzərə alınmadan annuitet qrafik verilməklə vaxtı keçmiş kredit borcunun kapitallaşdırılması (“Təklifin məzmunu”nda göstərildiyi kimi);
  • Krediti yenidən restruktrizasiya etmək imkanı;
  • Girovun yenidən qeydiyyatdan keçirilməsi üzrə xərclər Müştəri tərəfdən ödənilir;
  • Sığorta uzadılmır.**

* Müştəri kreditini vaxtında/vaxtından əvvəl ödədikdə gecikdirilmiş borcu olduğu halda, hesablanmış dəbbələr silinmək şərti ilə kreditin ödənməsi üzrə sonuncu günə keçirilir.

**Avtokredit məhsulları üzrə sığorta kreditin bütün müddəti üzrə uzadılır.


Kim istifadə edə bilər:

ABŞ dollarında kredit götürmüş müştərilər hansıların ki:

  • Vaxtı gecikdirilmiş borcu yoxdur;
  • 90 günədək gecikdirilmiş borcu var;
  • 90+ gecikdirilmiş borcu var.

Təkrar restrukturizasiya üzün müraciət etmiş ABŞ dollarında kredit götürmüş müştərilər hansıların ki:

  • gecikdirilmiş borcu yoxdur;
  • 90 günədək gecikdirilmiş borcu var;

Təklifin məzmunu:

  • Gecikdirilmiş borc və/və ya hesablanmış faizlər** nəzərə alınmaqla 12 ay müddətində aylıq ödəniş məbləğinin 50%-dək azaldılması ilə annuitet qrafikin tərtib edilməsi, fərdi annuitet qrafikin*** tərtib edilməsi imkanı ilə kreditin kapitallaşdırılması* (prolonqasiya imkanı ilə).

  • Ödənişlər vaxtlı-vaxtında həyata keçirildikdə (kredit üzrə gecikdirilmiş günlərin sayı 10 təqvim günündən çox olmadıqla), 12 ayın yekunları ƏKM üzrə faiz dərəcəsinin və gecikdirilmiş əsas borc üzrə faizlərin 25%, lakin avtokreditlər üzrə 13%-dən aşağı olmamaqla, yerdə qalan digər kreditlər üçün 18%-dək azaldılması.

* kredit kartları üzrə minimum 50 AZN ekvivalentində (sonuncu ödəniş istisna olmaqla) aylıq ödəniş etmək şərti ilə

**gecikdirilmiş borc yarandıqda, müştəri tərəfindən kredit vaxtında/vaxtından qabaq ödənildikdə hesablanmış dəbbə pulu silinmək şərti ilə kreditin son ödəniş gününə keçirilir (müştərinin ərizəsi əsasında MXİ rəisi/MD ilə rаzılaşdırmaqla);

*** «Girovlu istehlak krediti” məhsulu və avtokredit üzrə bütün məhsullar.

Kreditin valyutası:

  • USD

Restrukturizasiyanın/prolonqasiya müddəti:

  • Uzadılma günündən etibarən 60 ay
  • «Girovlu istehlak krediti» məhsulu üzrə 84 ay

Faiz dərəcəsi:

  • Restrukturizasiya edilən (ilkin) kreditin faiz dərəcəsi, 29%-dən az olmamaq şərti ilə;
  • Ödəmələr müştəri tərəfindən gecikməsiz həyata keçirildikdə (kredit üzrə gecikmələrin sayı 10 təqvin günündən çox deyilsə) 12 ayın yekununda kredit üzrə faiz dərəcəsinin 25% azaldılması nəzərdə tutulur.

Xüsusi şərtlər:

  • Sığorta uzadılmır.*
  • Girovun yenidən qeydiyyatdan keçirilməsi üzrə xərclər Müştəri tərəfdən ödənilir;
  • Krediti yenidən restruktrizasiya etmək imkanı;
  • Kredit üzrə faiz dərəcəsi aşağı salındıqdan sonar Müştəri kreditin ödənilməsində ardıcıl olaraq 2 dəfə və daha çox/10 təqvim günündn çox gecikmə edərsə, Bank kreditin vaxtından əvvəl tam ödənilməsini tələb etmək/birtərəfli qaydada ilkin kredit faizinin artırılmasını həyata keçirmək hüququ var.

* Avtokredit məhsulları üzrə sığorta kreditin bütün müddəti üzrə uzadılır.


Kim istifadə edə bilər:

AZN və rublda kredit götürmüş müştərilər hansıların ki:

  • Vaxtı gecikdirilmiş borcu yoxdur;
  • 90 günədək gecikdirilmiş borcu var;
  • 90+ gecikdirilmiş borcu var.

Təkrar restrukturizasiya üzün müraciət etmiş AZN və rublda kredit götürmüş müştərilər hansıların ki:

  • gecikdirilmiş borcu yoxdur;
  • 90 günədək gecikdirilmiş borcu var;

Təklifin məzmunu:

  • Fərdi qrafik tərtib edilməsi imkanı ilə annuitet cədvəlin verilməsi və 12 ay müddətinə aylıq ödəniş məbləğinin 30%-dək azaldılması ilə və/və ya fərdi qrafik tərtib etməklə,* gecikdirilmiş borc məbləği və/və ya hesablanmış faizlər** nəzərə alınmaqla (gecikdirilmiş borc olan kreditlər üçün – dəbbələr** nəzərə alınmadan gecikdirilmiş borc məbləğinin kapitallaşdırılması ilə) kreditin kapitallaşdırılması*** (prolonqasiya imkanı ilə).

* kredit kartları üzrə minimum 50 AZN məbləğində aylıq ödəniş etmək şərti ilə (son ödəniş istisna olmaqla)

**gecikdirilmiş borc yarandıqda, müştəri tərəfindən kredit vaxtında/vaxtından qabaq ödənildikdə hesablanmış dəbbə pulunun silinməsi şərti ilə dəbbə pulu ödənişin sonuncu gününə keçirilir. (müştərinin ərizəsi əsasında MXİ rəisi/MD ilə rаzılaşdırmaqla);

*** «Girovlu istehlak krediti” məhsulu və avtokredit üzrə bütün məhsullar.

Kreditin valyutası:

  • AZN, RUB

Restrukturizasiyanın/prolonqasiya müddəti:

  • Uzadılma günündən etibarən 60 ay
  • «Girovlu istehlak krediti» məhsulu üzrə 84 ay

Faiz dərəcəsi:

  • Restrukturizasiya edilən (ilkin) kreditin faiz dərəcəsi, 29%-dən az olmamaq şərti ilə.

Xüsusi şərtlər:

  • Sığorta uzadılmır.*
  • Girovun yenidən qeydiyyatdan keçirilməsi üzrə xərclər Müştəri tərəfdən ödənilir;
  • Krediti yenidən restruktrizasiya etmək imkanı;
  • Kredit üzrə faiz dərəcəsi aşağı salındıqdan sonar Müştəri kreditin ödənilməsində ardıcıl olaraq 2 dəfə və daha çox/10 təqvim günündn çox gecikmə edərsə, Bank kreditin vaxtından əvvəl tam ödənilməsini tələb etmək/birtərəfli qaydada ilkin kredit faizinin artırılmasını həyata keçirmək hüququ var.

* Avtokredit məhsulları üzrə sığorta kreditin bütün müddəti üzrə uzadılır.