MilliÖn vasitəsilə kreditlərin ödənişi



Bank VTB (Azərbaycan)-ın müştəriləri öz kreditlərini MilliÖn ödəniş terminalı vasitəsi ilə ödəyə bilər. MilliÖN terminalları müştərilərə günün istənilən vaxtı kreditlər üzrə borclarını ödəməyə imkan verəcək. 

MilliÖn ilə ödəniş necə edilməlidir ? 
 1. MilliÖN terminallarında “Bank xidmətləri”, daha sonra “Bank VTB” bölməsini seçmək
 2. "Müqavilə nömrəsi ilə kreditin ödənişi"  və ya "PİN nömrəsi ilə kreditin ödənişi" bölməsinə daxil olmaq.
 3. Müştərinin adı və soyadına, şəxsiyyət vasiqəsinin PİN nömrəsinə və ya  müqavilə nömrəsinə əsasən  məlumatların düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləği terminala daxil etmək
 4. Terminalldan çıxan qəbzi götürmək 

Terminal vasitəsi ilə kredit ödənişi üçün komisyon tutulmur. Ödəniş real vaxt rejimində həyata keçirilir. 

Diqqət! 
  • Saat 17.00- dan sonra və qeyri-iş günlərində ödənilən kreditlər növbəti iş günündə icra olunacaq.Belə halda kredit gecikdirilmiş hesab olunur.  
  • Zədələnmiş və köhnə pullardan istifadə etməyin. 
  • Daxil edilmiş pullar geri qaytarılmır. 
  • Köşk qalıq qaytarmır.

MilliÖN  terminalları gündəlik olaraq ölkə əhalisi tərəfindən istifadə olunur və insanların sıx toplaşdığı yerlərdə - metro stansiyalarında və yeraltı keçidlərdə, supermarketlərdə, ticarət, əyləncə və biznes mərkəzlərində, hava və dəniz limanlarında, dəmir yolu və avtovağzallarda, yanacaq doldurma məntəqələrində quraşdırılıb. 

Diqqət! Terminal yalnız  müştərinin seçdiyi kreditin valyutasını qəbul edir. 

Bank VTB (Azərbaycan) MilliÖn ödəniş sisteminə 17 iyun 2013-cü ildə qoşulub.