Mobil bankçılıq

İndi siz müxtəlif bank əməliyyatlarını öz mobil telefonunuzla edə bilərsiniz. VTB Mobile mobil bankından İOS və Android platformalarını dəstələyən cihazlar vasitəsi ilə istifadə edə bilərsiniz. Vəsaitlərinizi istənilən vaxtda və təhlükəsiz  rejimdə idarə edin.

Mobil bank vasitəsi ilə siz aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz:

  • Kommunal xidmətlərin ödənişi
  • Hesablar, kartlar, əmanətlər və kreditlər üzrə məlumatların alınması
  • Cari və ya kart hesabından çıxarışın alınması
  • Kartdan karta pul vəsaitlərinin köçürülməsi
  • Bank VTB (Azərbaycan)-ın, eləcə də ölkədaxili digər bankların müştərilərinə pul köçürülməsi
  • VTB (Azərbaycan) və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın alınması

 

Mobil bankdan istifadə etmək üçün VTB Online internet banka qoşulmaq vacibdir. Daha sonra Google Play və ya App Store əlavələrini yükləmək lazımdır. Bundan sonra, internet bankinqin parolu vasitəsi ilə sistemə daxil olmaq mümkündür. İnternet bankinqə qoşulmaq qaydaları ilə buradan tanış ola bilərsiniz.