İnternet-Bankinq xidmətinin imkanları

İnternet Bankinq xidməti dünyanın hər bir yerindən, 24 saat fasiləsiz öz hesablarınızı idarə etməyə imkan verir. Bunun üçün sizə yalnız İnternetə çıxış lazımdır. İnternet Bankinq xidməti bankın fərdi və korporativ müştəriləri üçün nəzərdə tutulub. 

İnternet Bankinq xidməti vasitəsilə Siz, aşağıdakı çoxsaylı bank əməliyyatlarını həyata keçirə bilərsiniz.

Kartlar üzrə əməliyyatlar:

  • Hesab üzrə çıxarışın alınması;
  • Hesab üzrə balans haqqında məlumatın alınması;
  • Kommunal xidmətlərin, mobil operatorların və digər xidmətlərin ödənilməsi;
  • Kreditinizin ödənilməsi;
  • Ödəmə kartının müvəqqəti bağlanması;
  • Hesablar arasında pul köçürmələri (Card to Card).

Aşağıdakı məhsullar barədə ətraflı məlumat almaq imkanı:

  • Cari hesablar;
  • Depozitlər;
  • Kreditlər;
  • Plastik kartlar.

Aşağıdakı fərqli əməliyyatları reallaşdıra bilərsiniz:

  • Digər valyutalarla yanaşı, rubl ödəmələrini həyata keçirə bilərsiniz;
  • Əməkhaqqı layihələri üçün kütləvi ödəmələr;
  • Təkrarlanan ödəmələr;
  • Ödəmə şablonlarının yaradılması və saxlanılması;
  • Hesabdan bankdaxili köçürmələr və konvertasiya;
  • Xaricə va ölkədaxili pul köçürmələri;
  • Kreditin ödənilməsi.  
İnternet Bankinq vasitəsilə aşağıdakı məlumatları əldə edə bilərsiniz:

  • Tranzaksiyalar haqqında;
  • Hesablar üzrə çıxarışlar;
  • Əməliyyatların cari statusu;
  • Kreditlər üzrə ödənişlərin qrafiki və tarixi;
  • Bankın cari valyuta kursu haqqında.

İnternet Bankinqin üstünlükləri:

  • Bütün hesablanan əməliyyatları 24/7 rejimində onlayn həyata keçirmək imkanı;
  • Vaxta qənaət;
  • Şəxsi hesablara nəzarət etmək və onları idarə imkanı;
  • Avtomatik ödəmə imkanları;
  • Xərclərə nəzarət.