VTB Qrupunda idarəetmə

VTB Qrupu beynəlxalq aparıcı maliyyə qruplarından biridir. VTB qrupuna daxil olan şirkətlər dünyanın 3 qitəsinin (Avropa, Asiya, Afrika) 21 ölkəsində geniş çeşiddə maliyyə xidmətləri və məhsulları təqdim edir.

VTB qrupuna – Bank VTB ASC (daha sonra – VTB və ya Bank), nizamnamə kapitalında Bankın iştirakçı payı səsvermə səhmlərinin ümumi payında 50%-dən yuxarı olan və qeydə alındıqları ölkələrinin qanunvericiliyinə uyğun olaraq kredit təşkilatları (bank əməliyyatları həyata keçirən) və ya maliyyə təşkilatları (kredit təşkilatları olmayan və maliyyə xarakterli xidmətlər təklif edən) olan kredit və maliyyə təşkilatları daxildir.

Hazırda VTB 12 kredit və 9 maliyyə şirkətinin nizamnamə kapitalında 50%-dən yuxarı iştirakçı payına malikdir.

VTB qrupu Fransada və Almaniyada Bank VTB (Avstriya) AQ-nin bazasında yaradılmış VTB qrupunun subholdinqinə daxil olan banklarla təmsil olunmuşdur. VTB-nin və törəmə şirkətlərinin filialları Hindistanda, Çində, Sinqapurda yerləşir. VTB Vyetnam-Rusiya bankı (Vietnam-Russia Joint Venture Bank, VRB) ilə təmsil olunduğu Vyetnam bazarında da fəaliyyət göstərir. Vyetnam-Rusiya bankı VTB qrupuna daxil deyil, lakin böyük sayda səhm paketinin VTB-yə məxsusluğunu səbəbindən, Bank onun fəaliyyətinə əhəmiyyətli təsir göstərir.

VTB-nin 01.06.2009-cu ilə olan təşkilati strukturu
(VTB Bank (Austria) AG və Vietnam-Russia Joint Venture Bank subholdinqi daxil olmaqla)


Maliyyə təşkilatları

Kredit təşkilatları

Xarici filiallar

Rusiya

“VTB-Lizinq” ASC
100%

«BDŞ» QSC
100%

“Multikarta” MMC
100%

“VTB Kapital” QSC
100%

SŞ “VTB Sığorta” MMC
100%

VTB borc Mərkəzi QSC
100%

VTB Təqaüd inzibatçısı MMC
100%

VTB Faktorinq MMC
100%

VTB 24 (QSC)
98,41%

“Bank VTB ASC Şimal-Qərb”
100%


MDB


“Bank VTB (Gürcüstan)” SC
86,7%

Bank VTB ASC (Ukrayna)
99,89%

Bank VTB (Qazaxıstan) SC TT
100%

“Bank VTB (Ermənistan)” QSC
100%

Bank VTB QSC (Belorusiya)
69,65%

Bank VTB (Azərbaycan) ASC
51%


Avropa

ITC Consultants (Cyprus) Ltd.
100%

Russian Commercial Bank (Cyprus) Ltd.
100%

VTB Bank (Austria) AG
100%

VTB Bank (France) SA
87,04%

VTB Bank (Deutschland) AG
100%

ВТБ Капитал плс
95,52%


Asiya və Afrika

VTB Capital (Namibia) (Pty) Ltd.
50,03%

Singapore branch

Banco VTB-Africa S.A.
66%

Vietnam-Russia Joint Venture Bank
49%

Bank VTB ASC-nin Nyu-Dehlidəki (Hindistan) filialı

Bank VTB ASC-nin Şanxaydakı (Çin) filialı

VTB qrupuna – Bank, nizamnamə kapitalında Bankın iştirakçı payı səsvermə səhmlərinin ümumi payında 50%-dən yuxarı olan və qeydə alındıqları ölkələrinin qanunvericiliyinə uyğun olaraq kredit təşkilatları (yəni bank əməliyyatları həyata keçirən) və ya maliyyə təşkilatları (yəni kredit təşkilatları olmayan və maliyyə xidmətləri bazarında əməliyyatlar həyata keçirən) olan kredit və maliyyə təşkilatları daxildir.
* VRB VTB Qrupuna daxil deyil, lakin böyük sayda səhm paketinin VTB-yə məxsusluğu səbəbindən, Bank onun fəaliyyətinə əhəmiyyətli təsir göstərir.

VTB Qrupunun idarə edilməsi sisteminin formalaşdırılması VTB qrupunun üstünlüklərindən maksimum dərəcədə yararlanmağa, onun payının məqsədyönlü bazarlarda artırılmasına, onun effektivliyinin göstəricilərinin yaxşılaşdırılmasına və bunun nəticəsi olaraq, VTB Qrupunun kapitallaşdırılmasının səviyyəsinin yüksəldilməsinə yönəlmişdir.

İnteqrasiya səviyyəsi nöqteyi-nəzərindən VTB Qrupunda ilk növbədə ümumi strateji baxış, inteqrasiyanın və proseslərin məhdud səviyyəsində konsepsiyaların və ən yaxşı təcrübələrin ötürülməsini ehtiva edən “strateji holdinq” modelindən istifadə edilir. Xüsusilə, idarəetmə modeli VTB Qrupunda şirkətlərin vahid inkişaf strategiyasının mövcudluğunu, vahid brendi, maliyyə effektivliyinin və risklərin mərkəzləşdirilmiş idarə edilməsini, planlaşdırma və hesabat proseslərinin koordinasiyasını, ən yaxşı təcrübələrin yayılmasına qarşılıqlı əlaqə fokusunu və vahid standartların işlənilməsini ehtiva edir.

VTB qrupunda idarəetmənin iki istiqamətdə həyata keçirildiyi matriks idarəetmə sistemi fəaliyyət göstərir:

· İnzibati idarəetmə – VTB qrupunun təşkilatı strukturu çərçivəsində törəmə şirkətlərin hüquqi şəxslər kimi idarə edilməsi;

· funksional idarəetmə – bütövlükdə VTB Qrupu çərçivəsində biznes istiqamət və digər funksional istiqamətlər və fəaliyyətlər üzrə idarəetmə.

VTB qrupunda istifadə olunan idarəetmənin əsas mexanizmi korporativ idarəetmədir, yəni törəmə şirkətlərin idarəetmə orqanlarında iştirak etməklə əsas səhmdar kimi Bankın hüquqlarının reallaşdırılmasıdır.

İdarəetmənin əlavə mexanizmi dəstək və nəzarət biznesinin istiqamətləri (risklərin idarə edilməsi, idarəetmə hesabatının planlaşdırılması, büdcəyə salınması və formalaşdırılması, brend, daxili nəzarət və audit) daxil olmaqla VTB qrupunun fəaliyyətinin əsas istiqamətlərinin funksional koordinasiyasıdır. Əlavə mexanizm potensial birgə fəaliyyətin maksimal dərəcədə reallaşdırılması, VTB qrupunun şirkətlərində ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən mükəmməl təcrübələrin yayılması, VTB Qrupu tərəfindən qəbul edilən risklərin məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Funksional koordinasiya VTB qrupunun şirkətləri arasında biliklərin qazanılmasını və təcrübə mübadiləsini həyata keçirməyə kömək edir, bu və ya digər layihələrin reallaşdırılması üçün resursları birləşdirməyə imkan verir. Funksional koordinasiya çərçivəsində VTB qrupunda müvafiq fəaliyyətin reallaşdırılması üçün vahid standartlar, limitlərin prinsipləri və sistemləri hazırlanır.

VTB qrupuna daxil olan şirkətlərin koordinasiyaedici məsləhətçi orqanı VTB qrupunun İdarəetmə komitəsidir (VTB QİK). Komitənin tərkibinə Bank VTB və törəmə şirkətlərin rəhbərləri daxildir. VTB QİK-in əsas vəzifələri VTB qrupunun inkişafının strateji və maliyyə məsələlərinə baxılması, VTB qrupunun fəaliyyət göstərməsinin standartlarının, yanaşmalarının və prinsiplərinin VTB qrupunun səlahiyyətli idarə orqanları tərəfindən təsdiq edilməsindən qabaq onların bəyənilməsidir.

VTB QİK-in nəzdində VTB qrupunun fəaliyyətinin məsələlərinin ekspert səviyyəsində müzakirəyə “meydan” verilməsi üçün fəaliyyətin əsas istiqamətləri üzrə koordinasiya komissiyaları (aktiv və passivlərin idarə edilməsi üzrə komissiya, risklərin idarə edilməsi üzrə komissiya, daxili nəzarət və audit üzrə komissiya və s.) yaradılmışdır. Onların tərkibinə VTB qrupu şirkətlərinin profilli mütəxəssisləri daxildir. Komissiyalara bankın müvafiq bölmələrinin rəhbərləri başçılıq edir. Komissiyaların səlahiyyətləri çərçivəsinə ən mükəmməl təcrübələrin aşkar edilməsi və onların tətbiqi üzrə daha sonra VTB QİK tərəfindən baxdığı təkliflərin işlənilməsidir.

VTB qrupunun idarə edilməsi sistemi elə formalaşdırılıb ki, VTB qrupu şirkətlərinin fəaliyyət göstərdiyi ölkələrin korporativ və antimonopoliya qanunvericiliyinin tələblərinə tam cavab verə bilsin. Xüsusən, VTB QİK-in fəaliyyətini tənzimləyən sənədlərdə nəzərdə tutulub ki, onların qəbul etdiyi qərarlar VTB qrupu şirkətlərinin bazarında rəqabəti hər hansı bir şəkildə məhdudlaşdıra, həmçinin qanunvericiliyin tələb etdiyi normaların və şirkətlərin nizamnamə sənədlərinə ziddiyyət təşkil edə bilmir. Mülki qanunvericiliyin tələblərinə riayət etməklə idarəetmə sisteminin əsasında VTB qrupuna daxil olan hüquqi şəxslərin müstəqilliyinin saxlanması prinsipi durur.

2008-ci ilin ötən dövrü ərzində VTB qrupunun idarə edilməsinin təkmilləşdirməsi üzrə ən əhəmiyyətli tədbirlər aşağıdakılar olmuşdur:

· VTB qrupu anlayışının genişləndirilməsi (onun tərkibinə bank olmayan maliyyə təşkilatlarının daxil olmasını nəzərə almaqla) və VTB qrupunun idarəetmə modelinin aktuallaşdırılması;

· daxili normativ sənədlərdə VTB qrupunun idarə edilməsinin mexanizmlərinin formalaşdırılması;

· qrupun şirkətlərində biznes planlaşdırılmasının və hesabatının vahid sistemlərinin, fondlaşdırmanın vahid prinsiplərinin tətbiqi, kredit işinin, həmçinin maliyyə idarələri ilə işin ümumi standartlarının müəyyən edilməsi;

· VTB QİK-in işinin reqlamentinin optimallaşdırılması, o cümlədən onun qərarlarının rəsmiləşdirilməsi və reallaşdırılması, həmçinin VTB qrupuna yeni şirkətlərin daxil edilməsi ilə bağlı komitənin tərkibinin yeniləşdirilməsi.

VTB holdinq şirkətlərinin idarə edilməsi sahəsində ən yaxşı dünya təcrübələrindən istifadə edərək VTB qrupunun idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə planlı iş aparır. VTB qrupunun idarə edilməsi sisteminin inkişafı etdirilməsi yolunda atılan növbəti addım 2009-2010-cu illərdə aşağıdakı tədbirlərin reallaşdırılması olacaq:

· VTB qrupu şirkətlərinin korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsi (müşahidə şuralarının və direktorlar şuralarının fəaliyyətinin effektivliyinin artırılması, korporativ katib institutunun tətbiqi, korporativ davranış və etika qaydalarının tətbiqi, həmçinin vahid yanaşmaya əsaslanan korporativ idarəetməyə dair digər sənədlərin tətbiqi);

· VTR Qrupu şirkətlərinin təşkilati strukturlarının optimallaşdırılması;

· VTB qrupu daxilində müştərilərlə iş, məhsul təklifinin, limitlər sisteminin, hesabatın formalaşdırılması, normativlərə, monitorinqə və nəzarətə riayət olunması daxil olmaqla, siyasətlərin və prosedurların gələcək unifikasiyası;

· VTB Qrupu çərçivəsində hesabat və sənəd dövriyyəsi sisteminin optimallaşdırılması, VTB qrupunda CRM (Customer relationship management - müştərilərlə qarşılıqlı əlaqələrin idarə olunması sistemi) və idarə uçotunun konsolidasiya olunmuş sisteminin tətbiqi.