Strategiya

VTB qrupunun fəaliyyətinin əsas məqsədi – səhm dəyərinin artırılmasıdır. Bu məqsədə çatmaq üçün VTB Qrupu:

· Aşağıdakılardan istifadə edərək Rusiya və MDB-də korporativ və pərakəndə müştərilərə xidmət göstərilməsində lider olmağa can atır:

- rusiyalı müştərilərdən risklərin qiymətləndirilməsində və qəbul edilməsinə hazırlığında özünün rəqabət üstünlükləri;

- inkişaf etməkdə olan bazarlarda iş təcrübəsi;

- iri korporativ müştərilər üçün eksklüziv sazişlərin həyata keçirilməsi imkanı;

- regionlarda olan geniş filial şəbəkəsi;

· İlk Rusiya maliyyə qruplarından biri kimi öz unikal mövqeyindən MDB, Avropada, Asiyada və Afrikadakı müştərilərinə xidmətlər təklif etmək imkanından istifadə edir.

· Ümumilikdə hər bir bankın, şirkətin və qrupun işinin effektivliyini yüksəldir.

VTB qrupu dünya maliyyə bazarında olan cari böhranı əsas regionlarda və müştəri seqmentlərində öz mövqeyini möhkəmlətmək üçün unikal imkan olaraq nəzərdən keçirir:

1. VTB qrupu üçün ən prioritetli inkişaf regionu Rusiyadır. Rusiyada VTB qrupu ölkənin bank sisteminin inkişaf templərinin üstələyən sürətli artım məqsədləri qoyur. Bu vəzifələrin həlli üçün VTB qrupu ehtiva edir:

· iri korporativ müştərilərə, həmçinin Bank VTB ASC-nin bazasında maliyyə idarələrinin müştərilərinə xidmət göstərilməsində liderlik mövqelərinin;

· biznesin diversifikasiyası, orta və kiçik biznesin qabaqlayıcı sürətlə inkişaf etdirilməsi;

· xüsusiləşmiş bank olan Bank VTB 24 (QSC) bazasında, satış şəbəkələrinin və uzaq xidmət kanallarının fəal inkişaf etdirilməsi, innovasiya məhsullarının və texnologiyalarının tətbiqi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması hesabına pərakəndə biznesdə liderlik mövqelərinin əldə edilməsi. 2007-ci ildə VTB qrupunun biznesinin ümumi həcmində pərakəndə biznesin parı əhəmiyyətli dərəcədə artdı və artmaqda davam edəcəkdir;

· orta müddətli perspektivdə Rusiya bazarında bu seqment üzrə liderlik mövqelərini əldə edilməsi məqsədilə bank investisiyaları biznesinin fəal inkişaf etdirilməsi. Bunu aşağıdakıların hesabına etmək nəzərdə tutulur:

- aparıcı investisiya banklarında iş təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər komandasının cəlb edilməsi;

- xidmətlərin geniş spektrinin inkişaf etdirilməsi;

- korporativ müştərilərin geniş bazasından istifadə etmək;

- iri beynəlxalq oyunçularla partnyorluq münasibətlərinin inkişaf etdirilməsi.

· Bank-investisiya xidmətlərini təklif edən əsas mərkəzlər Moskva və London olacaq (VTB və Bank Europe Plc-nin bazasında);

· “Bank VTB Şimal-Qərb” ASC-nin biznesinin Şimal-Qərb federal dairəsində korporativ biznesə xidmət göstərilməsi Bank VTB 24 QSC-yə, Şimal-Qərb federal dairəsindən kənardakı korporativ biznes Bank VTB ASC-yə veriləcək.

2. VTB qrupu üçün Rusiyadan sonra ikinci prioritet region MDB ölkələridir. Burada VTB qrupu yeni banklar alaraq və açaraq öz fəaliyyətinin fəal surətdə genişləndirir. 2010-cu ildə VTB qrupunun iqtisadi məqsədyönlülüklə şərtləndirilmiş bütün MDB ölkələrində bölmələri olacaq. MDB ölkələrində VTB qrupu universal bankları inkişaf etdirəcək. Onların funksiyalarına Rusiya, yerli və beynəlxalq korporativ müştərilərə xidmət göstərilməsi, həmçinin Bank VTB 24-də olan təcrübə və texnologiyalar əsasında pərakəndə biznesin fəal inkişaf etdirilməsi daxildir. Bank xidmətlərindən əlavə, MDB bazarlarında digər maliyyə xidmətləri, məsələn lizinq də inkişaf etdiriləcək. MDB ölkələrinin hər birində VTB qrupunun bölmələri yerli bazarın liderlərinin sırasına daxil olmağı qarşıya məqsəd qoyur.

3. Ortamüddətli perspektivdə VTB qrupu üçün üçüncü prioritet ilk növbədə Asiya və Afrika ölkələrinin inkişaf etməkdə olan bazarlarıdır. VTB bu bazarlarda Rusiyadan və MDB-dən olan müştərilərin, Rusiya və MDB ölkələri ilə biznesi əlaqələri olan xarici müştərilərin maraqlarına xidmət göstərmək, habelə müştərək investisiya layihələrində iştirak etmək niyyətindədir. Beləliklə, mövcud iştirak ölkələrinin seçilməsi ilk növbədə Rusiya biznesinin cari və perspektiv maraqlarının, həmçinin MDB ölkələrində olan şirkətlərin biznesinin olması ilə müəyyən ediləcək.

4. Qərbi Avropada VTB qrupu Rusiya biznesinə xidmət göstərilməsinə davam etdirilməsini və Rusiya şirkətlərinə onların xaricə doğru genişlənməsini və Avropa kapital bazarlarında işdə yardım göstərilməsini planlaşdırır. Törəmə banklar xüsusiləşdiriləcəkdir: korporativ biznes VTB Bank (Austria) AG-nin əsasında, VTB Bank Europe Plc. (UK, Singapore) fəaliyyətini bank-investisiya xidmətlərinin göstərilməsində cəmləşdirəcək.

2007-ci ildə Bank ВТБ ASC-nin IPO-su keçirilmişdir. Bankın 22,%-nin sahibləri Rusiya və beynəlxalq təşkilatlar, habelə 120 min pərakəndə sərmayəçilər olmuşdur. Indi Bank VTB ASC-nin qarşısında bir ictimai şirkət kimi artım sürəti, fəaliyyətini effektivliyi, informasiya şəffaflığı, korporativ idarəetmənin səviyyəsi üzrə daha yüksək tələblər qoyulur. Bazarın və tələblərinə ümidlərinə cavab vermək üçün VTB korporativ idarəetmənin standartlarını beynəlxalq və Rusiya təcrübəsinin ən mükəmməl səviyyəsinə yüksəldəcək. VTB qrupu biznesin bütün istiqamətləri üzrə effektivliyin VTB qrupuna daxil olan bankların və şirkətlərin fəaliyyətinə nəzarət və koordinasiyasının təkmilləşdirilməsi hesabına artırmağı planlaşdırır. Bu məqsədlə VTB qrupuna daxil olan bütün banklar və şirkətlər vahid standartlara, metodlara və yanaşmalara (risklərin, aktiv və passivlərin, daxili nəzarət sisteminin, personalın, brendin və s. vahid şəkildə idarə edilməsi siyasəti). Beləliklə, VTB qrupu qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

· Rusiya bazarının artım templərini üstələyən VTB qrupunun biznesinin böyüməsi;

· Rusiya bazarında həm korporativ, həm də pərakəndə biznesdə payının artması;

· Bank-investisiya biznesinin fəal şəkildə inkişaf etdirilməsi, Bank-investisiya bazarında lider mövqelərinin qazanılması;

· kiçik və orta biznesin fəal inkişafı hesabına biznesin diversifikasiyasının yüksəldilməsi, Bankın portfelində pərakəndə biznesin payının artması;

· xalis faiz marjasının cari səviyyəsinin saxlanılması, komissiya gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması hesabına biznesin effektivliyinin təmin edilməsi;

· VTB qrupunun resurs bazasının formalaşdırılması zamanı kapital bazarlarından asılılığın azaldılması, resurslarda müştəri cəlbetmələrinin payının artırılması;

· müşayiətedici maliyyə xidmətlərinin – lizinqin, aktivlərin idarə edilməsinin, sığortanın daha da inkişaf etdirilməsi;

· MDB ölkələrində yeni bazarlara çıxma, habelə MDB ölkələrində pərakəndə biznesin həcmini artırma daxil olmaqla VTB qrupunun xarici biznesinin fəal inkişaf etdirilməsi;

· VTB qrupunun banklarının Rusiyada və Avropada inteqtasiyasının başa çatması;

· korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsi.