Bank VTB və Avrasiya İnkişaf Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb


26 February 2010

VTB və Avrasiya İnkişaf bankı (AAİB) əməkdaşlıq haqqında memorandum imzalayıblar.
 Bank VTB tərəfindən memorandumu İdarə Heyətinin Prezident-Sədri Andrey Kostin, AAİB tərəfindən – İdarə heyətini sədri İqor Finogenov imzalayıblar. Memorandum gələcək qarşılıqlı sərfəli əməkdaşlığın maraqları çərçivəsində və bankların malik olduğu potensialının effektiv istifadə olunması məqsədilə VTB və AAİB arasında partnyorluq əlaqələrinin möhkəmləndirilməsinə yönəldilmişdir. Xüsusən, memorandum birgə layihələrin maliyyələşdirilməsində tərəflərin iştirakını, o cümlədən dövlətlərarası proqramların (50 mln. ABŞ dollarından başlayaraq); iri mal istehsalçıları və alıcıları arasında ticarət maliyyələşdirilməsinin təşkilini; banklararası münasibətlər çərçivəsində maliyyə bazarlarında əməkdaşlığı; həmçinin ayrı-ayrı layihələr və müştərilər üzrə əməkdaşlığı nəzərdə tutur.

Geriyə



VTB Qrupun Mətbuat Mərkəzinə keçid almaq üçün link:

http://www.vtb.ru/group/press/