VTB qrupu haqqında

2006-cı ildə biz yeni mərhələyə qədəm qoyduq. Strateji rebrendinq proqramı çərçivəsində Bank və onun MDB, Avropa, Asiya və Afrika ölkələrində olan törəmə strukturları Bankın 50%-dən çox iştirakçı payı olmaqla VTB-nin vahid brendi altında birləşdilər.

Biz dünyanın 21 ölkəsində təmsil olunmuşuq. VTB Rusiya mənşəli aparıcı beynəlxalq maliyyə qrupudur. Biz işgüzar fəaliyyətlə məşğul olduğumuz bütün ölkələrdə müştərilərlə işdə vahid yanaşma mövqeyindən çıxış edirik. VTB qrupunun bank şəbəkəsinin birləşməsi və bütün dünyada yeni bölmələrinin açılması bizə məqsədyönlü bazarlarımızda iri xarici banklarla rəqabət aparmağa imkan verir.
Bizim qarşımızda yenə də mühüm dövlət və kommersiya əhəmiyyətli vəzifələr durur:

· Rusiya iqtisadiyyatına kredit və sərmayə ehtiyatlarının cəlb edilməsi;

· xarici bazarlarda Rusiya şirkətlərinin əməliyyatlarına xidmət göstərilməsi.


Bizim coğrafiyamız unikaldır. Xaricdə VTB qrupunun tərkibinə daxildir:

1. Banklar və maliyyə şirkətləri:

o Londonda (Böyük Britaniya);

o Parisdə (Fransa);

o Berlində və Frankfurt-Maynda (Almaniya);

o Lİmassolda (Kipr);

o Vyanada (Avstriya);

o Vindxukda (Namibiya);

o Luandada (Anqola);

o Kiyevdə (Ukrayna);

o Tbilisidə (Gürcüstan);

o Minskdə (Belorusiya);

o Yerevanda (Ermənistan);

o Bakıda (Azərbaycan);

o Alma-Atıda (Qazaxıstan).

2. Filiallar:

o Sinqapurda;

o Nyu-Dehlidə (Hindistan);

o Şanxayda (Çin)

o Dubayda (BƏƏ).

3. Nümayəndəliklər:

o Milanda (İtaliya);

o Pekində (Çin);

o Bişkekdə (Qırğızıstan).


Rusiyada Bank VTB geniş filiallar, törəmə və assosiasiya olunmuş banklar şəbəkəsinə malikdir. Onlar Vladivostokdan Kalininqrada qədər ən vacib və perspektivli iqtisadi zonalarda yerləşmişlər. Habelə Rusiyada Qrup əlavə maliyyə xidmətlərinin geniş spektrini təklif edən bir sıra törəmə şirkətlərlə təmsil olunmuşdur:

· lizinq;

· faktorinq;

· aktivlərin idarə edilməsi;

· sığorta;

· təqaüd toplanmalarının idarə edilməsi və s.


Ümumilikdə bizim ölkənin bütün federal dairələrində və iri şəhərlərində 500-dən artıq satış nöqtəmiz vardır.

Yarandığı gündən başlayaraq bu günə qədər VTB qrupu yerli və xarici bazarları birləşdirir. Dünyada hökm sürən iqtisadi böhran zamanı VTB dövlət dəstəyinə malik olan etibarlı maliyyə qrupu olaraq qalır və bu da müştərilərin etimadının sübutudur.