VTB güzətşli bankomatlar şəbəkəsi

Bank VTB (Azərbaycan) müştərilərinə güzəştli bankomat şəbəkəsinin xidmətlərini təklif edir. VTB  (Azərbaycan)-ın da daxil olduğu güzəştli bankomat şəbəkəsinə eləcə də VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24, Moskva bankı və Poçt bank daxildir. Bundan başqa, Azərbaycanın AccessBank-ı, 2016-cı ildən isə PashaBank da güzəştli bankomat şəbəkəsinin iştirakçılarıdır.

Vahid güzəştli bankomat şəbəkəsi çərçivəsində  eləcə də VTB (Azərbaycan) müştəriləri üçün sərfəli tariflər qüvvədədir: şəbəkənin bankomatlarından vəsaitin nağdlaşdırılmasına görə əlavə komissiya tutulmur. Vahid güzəştli bankomat şəbəkəsi qrupa daxil olan digər bankların, eləc də AccessBank  və PashaBank-ın bankomatlarından nağd pul çıxararkən VTB (Azərbaycan)-ın mövcud tariflərinə uyğun komissiya tutulur. Bundan başqa, VTB (Azərbaycan) kartlarının sahiblərinə bu bankomatlarda daha yüksək nağdlaşdırma limiti verilir.   

Bank VTB (Azərbaycan)-ın Güzəşt şəbəkəsinə daxil olan Bankların siyahısı:

  • PAŞA Bank (Azərbaycan)
  • AccessBank (Azərbaycan)
  • VTB24 (Rusiya Federasiyası)
  • VTB (Gürcüstan)
  • VTB (Ukrayna)
  • VTB (Qazaxıstan)
  • VTB (Belarus)
  • VTB Moskva Bankı (Rusiya Federasiyası)