COVİD-19 pandemiyasından zərər çəkmiş biznesə dəstək

Dövlət zəmanətli kredit

  • FAIZ DƏRƏCƏSI: 7,5%
  • MƏBLƏĞ: 3 MLN MANATADƏK
  • MÜDDƏT: 3 ILLIK
  • 60%-DƏK DÖVLƏT ZƏMANƏTI



Bank VTB (Azərbaycan) Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq çərçivəsində koronavirus panemiyasından (COVİD-19) zərər çəkmiş sahibkarlara yeni kreditlərə dövlət zəmanətləri, habelə kredit faizlərinin subsidiyalaşdırımasını təklif edir.

Bu dəstəkdən aşağıdakı sahələr üzrə bizneslə məşğul olan subyektlər yararlana bilərlər:

  • İctimai iaşə;
  • İstehsalat (ərzaq məhsulları, dərman, tütün, alkoqollu və alkoqolsuz içkilər, neft məhsullarından başqa);
  • İdman-sağlamlıq müəssisələrinin fəaliyyəti;
  • Topdan və pərakəndə satış (ərzaq məhsulları, dərman və neft məhsullarından başqa);
  • Mehmanxanalar, yataqxanalar və yerləşdirmə vasitələri qismində analoji obyektlər;
  • Turizm sahəsində operator və turizm fəaliyyəti;
  • Avtomobillərin texniki xidməti və təmiri;
  • Bərbərxana, gözəllik salonlarının fəaliyyəti;
  • Tədris (təhsil) kursları və ixtisasartırma kurslarının, uşaq təhsil və inkişaf mərkəzlərinin, uşaq klublarının, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • Özəl təhsil müəssisələri (o cümlədən uşaq bağçaları);
  • Daxili yük və sərnişin daşınmaları (o cümlədən taksi ilə);
  • Sərgilərin, konsertlərin, istirahət və əyləncələrin (oyunlar) təşkili, kino, teatr, muzey və konsert zallarının təşkili;
  • Sifariş olunan malların, o cümlədən qida, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması üzrə xidmətlər.