Sənədli əməliyyatlar


Sənədli akkreditiv – bu sənədli akkreditivin şərtlərinə riayət etməklə alıcının adından (və ya şəxsən öz adından) satıcıya sənədlərin dəyərinin ödəniləcəyi barədə bankın yazılı öhdəliyidir. Sənədli akkreditivin üstünlüyü – həm alıcı, həm də satıcı tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinə zəmanətdədir. Belə ki, akkreditiv üzrə ödəniş mal real olaraq boşaldıldıqda və ya xidmət göstərildikdə və akkreditivin tələblərinə tam cavab verən sənədlərin olduğu təqdirdə həyata keçirilir.

Sənədli akkreditiv şəraitində yükün nəql edilməsi, sığortalanması şərtləri qabaqcadan razılaşdırılır və beləliklə, yalnız malın çatdırılma riskləri deyil, həm də keyfiyyətsiz malın çatdırılması riskləri, həmçinin sığorta riskləri aradan qaldırılır.

Bank VTB (Azərbaycan) beynəlxalq hesablaşmaların aparılması zamanı sənədli akkreditiv formasında xidmətlər təklif edir:

· idxal üzrə – müştərinin tapşırığı ilə akkreditivin açılmasından və ya müxbir banklar vasitəsilə akkreditivlərin təsdiq olunmasından tutmuş bu akkreditivlər üzrə ödənişlərin həyata keçirilməsinə qədər;

· ixrac üzrə – Bank VTB (Azərbaycan)-ın müştərilərinin və müxbir banklarının xeyrinə xarici banklar tərəfindən açılmış akkreditivlər, kommersiya sənədlərinin ödənişə qəbulundan tutmuş xarici banklar tərəfindən ödənişin alınmasına qədər.

Qarantiya – öhdəliklərin yerinə yetirilməsinin təminatının geniş yayılmış və tez-tez istifadə olunan üsuludur. Qarantiya ödəniş aləti deyil, qarantiya üzrə ödəniş istisna hallarda baş verir. Qarantiyadan istifadə ödənişi əvvəlcədən deyil, çatdırılmadan sonra və ya hissələrlə ödəməyə imkan verir.

Hesablaşmaların sənədli formalarının tətbiqi və onların uyğunlaşdırılması həm regional, həm də xarici ticarət müqavilələrinin ödəniş şərtlərini ticarət partnyorları üçün daha çevik, etibarlı və maksimal dərəcədə rahat etməyə imkan verir.

Bank VTB (Azərbaycan) aşağıdakı növ qarantiya əməliyyatları həyata keçirir:

İxrac əməliyyatları üzrə:

· müqavilənin lazımı qaydada yerinə yetirilməsi qarantiyaları üzrə;

· avans ödənişinin qaytarılması qarantiyaları üzrə;

İdxal əməliyyatları üzrə:

· müqavilə üzrə ödəniş öhdəliklərinin yerinə yetirilməsi qarantiyaları üzrə;

· idxal - ixrac əməliyyatlarının keçirilməsi ilə birbaşa bağlı olmayan qarantiyalar üzrə:

· tender qarantiyaları üzrə.

Bankın hüquqi şəxslər üçün göstərdiyi xidmətlərin tarifləri.