Kreditləşdirmə

Bank VTB (Azərbaycan) ASC korporativ müştərilərə yerli  və xarici valyutada kreditlər və kredit xətləri təqdim edir. Biz layihələrin xarakter xüsusiyyətlərini nəzərə alaraq, müxtəlif kredit məhsullarının seçimini və fərdi ödəniş şərtlərini təqdim edərək onları maliyyələşdiririk. Biz girovların seçilməsi və qiymətləndirilməsinə çevik yanaşma tətbiq edir, konsultasiya xidmətləri göstəririk.

Müştərinin ehtiyaclarından asılı olaraq Bank VTB (Azərbaycan) 1 ilə qədər qısamüddətli kreditlər, 1 ildən 2 ilə qədər – ortamüddətli kreditlər və 2 ildən yuxarı müddətə yerli və xarici valyutada uzunmüddətli kreditlər verir.

Kreditin maksimal məbləği (kredit limiti) müştərinin ehtiyaclarını nəzərə alaraq və onun krediti ödəmə qabiliyyətinin və hüquq daşıma səlahiyyətinin, Bankda olan kredit tarixçəsinin (olduğu halda), kreditləşdirilən layihənin spesifikliyinin və s. qiymətləndirilməsi əsasında müəyyən edilir.

Kreditləşdirmənin müddəti müştərinin tələbatından asılı olaraq dəyişir:

· dövriyyə vəsaitlərinin artırılmasına – 18 aya qədər;

· əsas vəsaitlərin alınmasına – 36 aya qədər.

Kreditləşdirilən layihənin xüsusiyyətlərini və borc alanla qarşılıqlı münasibətlərin xarakterini nəzərə alaraq, kredit  daha böyük müddətə verilə bilər.

Overdraft

Bank VTB (Azərbaycan) müştərilərin hesabları üzrə "overdraft" xidmətləri göstərir.

Overdraftın məqsədi müştərinin hesabı üzrə keçən vəsaitlərin müvəqqəti fasilə yaranması səbəbindən onun cari hesabında pul vəsaitləri olmadıqda, müştərinin təxirəsalınmaz qısamüddətli tələblərinin operativ şəkildə təmin edilməsidir.   

Korporativ müştərilərə kredit üçün onlayn sifariş