Hesablaşma-kassa xidməti


Bank VTB (Azərbaycan) ASC tam kompleks hesablaşma-kassa xidməti göstərir və hüquqi şəxslərə təklif edir:

· Rezidentlər və qeyri-rezidentlər üçün yerli və xarici valyutada hesabların açılması və aparılması;

· müştərilərin hesablarından nağdsız pul vəsaitlərinin köçürülməsi;

· müştərilərin hesabları üzrə “overdraft” rejiminin təqdim olunması;

· hesabdan nağd pul vəsaitinin verilməsi;

· hesablar üzrə əməliyyatların keçirilməsi haqqında sorğu xarakterli məlumatın təqdim olunması;

· nağd pulların hesaba mədaxili və yatırılması;

· idxal-ixrac əməliyyatları üzrə valyuta nəzarəti agentinin funksiyalarının yerinə yetirilməsi.

Bank VTB (Azərbaycan) xarici valyutanın müxtəlif növləri ilə konversiya əməliyyatları aparır: xarici valyutanın manata və digər xarici valyutaya alışını və satışını həyata keçirir.

Biz hüquqi şəxslərin tapşırığı ilə aşağıdakı nağdsız konversiya əməliyyatlarını həyata keçiririk:

  • Müştəri tapşırıqlarının qəbulu və konversiya üçün müştərilərin hesablarından vəsaitlərin silinməsi;
  • İri məbləğlər üçün – müştərilərlə razılaşma üzrə güzəştli məzənnələrin müəyyən edilməsi;
  • Konversiya əməliyyatı nəticəsində vəsaitlərin müştərilərin hesablarına köçürülməsi.

Üstünlüklər: əqdin ən qısa müddətdə həyata keçirilməsi (müştəri tapşırığının alınmasından sonra dərhal hesablamalar aparmaq).

Bankın hüquqi şəxslər üçün göstərdiyi xidmətlərin tarifləri.