«Bank-Müştəri» sistemi

Bank VTB (Azərbaycan) müştərilərə “Bank-Müştəri” sistemini təqdim edir.

“Bank-Müştəri” – bu müştəriyə elektron sənədlərdən istifadə etməklə nağdsız hesablaşmaların və digər əməliyyatların, o cümlədən ödəniş sənədlərinin hazırlanması və Banka göndərilməsi yolu ilə elektron ödənişlərin həyata keçirilməsi imkanının verilməsi, habelə Bankdan açıq rabitə kanalları vasitəsilə elektron sənədlər paketlərinin alınmasıdır.

Rabitə kanalları vasitəsilə verilən bütün informasiya şifrlənir və elektron imza ilə imzalanır.

Bankın hüquqi şəxslər üçün göstərdiyi xidmətlərin tarifləri.