Müştəri kodu

Müştəri kod

Bank VTB (Azərbaycan) “Müştəri kodu” xidmətini təklif edir. Bu xidmət hesabına müştərilər öz kartları üzrə məlumatı banka gəlmədən əldə edə bilər.

 Müştəri kodu nədir?

 Müştərini telefon vasitəsilə eyniləşdirilməsi üçün istifadə edilən 7 rəqəmdən ibarət  koddur.

 Müştəri kodu nə üçün lazımdır?

 Müştəri kodu ilə telefon ya bankın saytındakı onlayn-konsultasiya vasitəsi ilə hesab, hesab üzrə əməliyyatlar, ödəniş qrafiki və s. əməliyyatlar barədə məlumat əldə etmək olar.

 Müştəri kodunu necə əldə etmək olar?

 Müştəri kodunu əldə etmək üçün bankın istənilən filialına yaxınlaşıb ərizəni doldurmaq lazımdır.