Bankın inkişaf strategiyası


Yenilənib: 20. 05.2019

STRATEGİYA 

Bankil üçün prioritet istiqamətlərindən biri  Azərbaycan biznesinə xarici bazarlara çıxmaqda kömək etməkdir. Bununla əlaqədar olaraq, bank xarici bazarlarda, əsasən də Rusiya və VTB qrupun fəaliyyət göstərdiyi digər ölkələrdə Azərbaycan biznesi üçün effektiv beynəlxalq hesablama sisteminin yaradılması istiqamətində iş aparmaq, Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid olan yerli şirkətləri və dövlət strukturlarını bank xidmətlərinə cəlb etmək, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasına təkan vermək, eləcə də VTB qrupun fəaliyyət göstərdiyi ölkələrdən olan şirkətlərlə birgə müəssisələrin yaradılmasını dəstəkləmək niyyətindədir. Kiçik və orta biznes vasitəsi ilə iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi bankın inkişaf strategiyasında əsas məsələlərdən biridir. 

Strateji hədəflər: 

Banka rəqabət qabiliyyətinin yeni səviyyəsinə çatmasına imkan verəcək təşəbbüslərin həyata keçirilməsini təmin etmək; 

Dəyişən bank bazarında rəqabət üstünlüklərini təmin etməyə imkan verəcək yeni bir texnoloji səviyyəyə keçmək; 

 Universal və dinamik maliyyə institutu kimi bankın mövqeyini möhkəmləndirmək. 


Yenilənib: fevral 2012-ci il 

BANK VTB (AZƏRBAYCAN) ASC-nin 2012-2014-cü İLLƏRƏ OLAN STRATEJİ PLANI