Xəbərlər və press-relizlər

  

18.07.2014  

Bank VTB (Azərbaycan) cari ilin birinci yarısının yekunları üzrə hesabat verdi

 

        Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısında görülmüş işlərin yekunları üzrə hesabat vermişdir: iyulun 1-nə bankın kredit portfelinin həcmi 215,985 mln manata çataraq ötən ilin müvafiq dövrünün göstəricilərini demək olar ki, iki dəfə üstələmişdir. Əhalinin əmanətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 90%-dan çox artaraq 6,3 mln manata çatmışdır.

        Bankın aktivləri iki dəfə artaraq 229,699 mln manata çatmışdır. Bankın məcmu kapitalı 47,837 mln manat olmuşdur. Gəlirlər 2,5 dəfə artaraq 20, 257 mln manata çatmış, bu zaman faiz gəlirlərinin artımı 167%, qeyri-faiz gəlirlərinin artımı isə 23 % olmuşdur.

        Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Maliyyə departamentinin direktoru İlqar Novruzov: “Bizim kreditləşmə bazarında mövqeyimiz möhkəmdir və cari ilin birinci yarısının göstəriciləri buna sübutdur. Həmçinin, korporativ kreditləşmə sahəsində də mövqelərimizi gücləndirmişik. Biz həmişəki kimi kiçik və orta biznes seqmenti ilə aktiv işi davam etdiririk. Bu da öz növbəsində ölkənin iqtisadiyyat sahələrinin inkişafında müsbət təsirə malikdir”.