VTB (Azərbaycan) bankomat və sayt vasitəsilə kartın pin-kodunun dəyişdirilməsi xidmətini işə salıb


11 September 2020
PRESRELIZ-pin.jpg  

 VTB (Azərbaycan) sayt və bankomatlarında bank kartının pin-   kodunu  dəyişmək xidmətini işə salıb. Əvvəl bu xidmət yalnız     bankın  filiallarında göstərilirdi.

 Sayt vasitəsi ilə pin-kodun əvəz olunması üçün müştəri kartın   məlumatlarını daxil edib “Pin-kod təyin etmək” bölməsini seçib və mobil   telefona daxil olan kod vasitəsindən istifadə edərək əməliyyatı   təsdiqləməlidir. Bankomatda isə köhnə pin-kodu sildikdən və SMS   vasitəsilə müvəqqəti pin-kodu aldıqdan sonra ekranda EPİN bölməsini   seçmək və təlimata əsasən hərəkət etmək lazımdır.

 “Bəzən elə vəziyyət yaranır ki, bank kartının pin-kodunu dəyişmək tələb   olunur: misal üçün əgər kart sahibi pin-kodu unudub və ya məlumatlar üçüncü şəxslərin əlinə keçib və s. Biz distant kanalların imkanlarını genişləndirib bu xidməti müştərilərimiz üçün daha da rahat etdik. Şifrənin dəyişdirilməsi üçün vaxt itirib banka gəlməyə ehtiyac yoxdur – korporativ sayta daxil olmaq və ya bankomatlarımızdan birinə yaxınlaşmaq kifayətdir”, - deyə bank VTB (Azərbaycan)-ın Ödəniş kartları idarəsinin rəisi Afaq Cahangirova bildirib.

Müştərilər Pin Set funksiyasını dəstəkləməyən kartların pin-kodunu dəyişmək üçün əvvəl köhnə pin-kodu silmək məqsədilə bankla əlaqə saxlamalıdır. Pin-kodun silinməsi üzrə komissiya bankın tariflərinə uyğun olaraq tutulur.


Geriyə