Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında


23 March 2020

Müştərilərin nəzərinə!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Azərbaycan Respublikasının Mərkəzi Bankında və Azərbaycan Beynəlxalq Bankında müvafiq hesablar açılmışdır. Bu hesablara həyata keçirilən ödənişlərin kütləviliyini və intensivliyini, ayrı-ayrı fiziki və hüquqi şəxslərin müraciətlərini, habelə ölkədə məhdudlaşdırılmış iş rejiminin tətbiqi məsələlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin hesablara vəsaitlərin köçürülməsi imkanlarının və üsullarının genişləndirilməsi və asanlaşdırılması məqsədilə “Hökumət Ödəniş Portalı”nda xüsusi funksionallıq yaradılmışdır.

Təşəbbüsə qoşulmaq istəyən hər kəs - istənilən fiziki və hüquqi şəxslər, ölkədə fəaliyyət göstərən banklar, milli operatoru olan Azərpoçt MMC və onların filial və şöbələri vasitəsilə istər nağd formada istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən https://gpp.az/kmdf linki üzərindən və mobil əlavəsindən (Android və IOS platformalar) istifadə etməklə 24/7 rejimində həmin hesablara vəsaitləri köçürə bilər.


Geriyə