Bank VTB (Azərbaycan) ipoteka kreditləşməsi proqramına start verdi


10 September 2019

PRESRELIZ-ipoteka.jpg Bank VTB (Azərbaycan) müştərilərə yeni ipoteka proqramından istifadə edərək şəxsi mənzilə sahib olmaq imkanı   verir. Bankın ipoteka krediti üzrə minimal faiz dərəcəsi 12% təşkil edir və alınan əmlak üçün edilən ilkin ödəniş,   eləcə də kreditin müddətindən asılı olaraq dəyişə bilər.

 Minimal ilkin ödəniş əmlak dəyərinin 20%-i qədərdir. Kreditin məbləği 10 000 - 275 000 manat təşkil edir və 6   aydan 25 il müddətinədək verilir.

 Kredit hesablandıqda müştərinin gəlirilə yanaşı onun ailə üzvlərinin də gəliri nəzərə alına bilər. Ilkin ödənişin   məbləği 40% və daha çox olduğu halda müştərinin ödəniş qabiliyyəti təhlil olunmur. İpoteka proqramı təkrar və   ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.

 


Geriyə